"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan kubokunun yarımfinalında "Neftçi"yə 4:1 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab oyunundan (ilk matç 4:0) sonra jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, 23 yaşlı futbolçu öncə oyun barədə danışıb: “Rəqiblər arasında fərq qoymuruq. Bütün rəqiblərə qarşı eyni cür hazırlaşırıq. Ola bilsin ki, "Neftçi" ilə oyunlar Azərbaycan derbisi olduğuna görə, motivasiya daha yüksək olur".
T.Bayramov ilk oyunda böyükhesablı qələbə qazanmalarına baxmayaraq, “Neftçi”dən müqavimət gözlədiklərini bildirib: “Niyə də gözləməyək? Bu, futboldur. Məsələn kubok matçında səfərdə "Sabah"ı 7:1 məğlub etdik, amma evdə 4 top buraxıb məğlub olduq. Hər oyuna daha yaxşı hazırlaşmaq lazımdır. Qəfəs döyüşü deyil ki, kiməsə rəhmimiz gəlsin. Güclü olan qalib gəlir. Kim çox istəyirsə, o da udur ”.
T.Bayramov, final görüşü haqda da fikirlərini bildirib: “İki il əvvəl "Zirə" ilə final oynamışıq. Penaltilər seriyasında qalib gəlmişdik. Ümid edirəm, bu dəfə daha maraqlı oyun olar. Ən azı azarkeşlərimiz stadionu doldurar və final ab-havası yaşayarıq”.
O, avrokuboklarda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Bayer”in Almaniya çempionluğunu rəsmiləşdirməsi barədə də danışıb: “Çempion olduqları matçı canlı izləmədim. Sonradan epizodlara baxdım. Gözəl atmosfer var idi. Ümid edirəm ki, Avropa Liqasında da çempion olarlar”.
“Qarabağ”ın müdafiəçisi özü ilə bağlı transfer iddiaları barəsində suala isə belə cavab verib: "Qalatasaray" söhbəti keçmişdə qalıb. Gündəmə çox şey gələ bilər. Real bir şey yoxdur. "Qarabağ"dayam. Müqaviləm var və komandamın uğurları haqda fikirləşirəm”.
O, sonda komanda yoldaşı Bəhlul Mustafazadə ilə şahmat oynamasından da danışıb: “Bəhlulun şahmata marağı daha çoxdur. Mən də bacarıram. Bəhlul qədər anlayışım olmasa da, bacardığım qədər maraqlanmağa çalışıram”.
Cavad Musayev
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı