Bu gün Avropa Klublar İttifqanın (Union of European Clubs, UEC) onlayn formatda illik ümumi yığıncağı keçirilib.
QOL.az xəbər verir ki, bir sıra məsələlər müzakirə edildikdən sonra UEC ilk İdarə heyətini seçib.
İdarə heyətində UEC-ə üzv olan ilk Azərbaycan klubu “Şamaxı”nın idarə heyətinin sədri Elçin Usub da yer alıb.
İdarə heyətində “Şamaxı” ilə yanaşı “Osasuna” (İspaniya), “Börnli” (İngiltərə), “Makkabi” (Netanya, İsrail) kimi klubların rəsmiləri də yer alıb.
Avropa futbolunda kiçik və orta peşəkar futbol klublarının maraqlarının təmsilçisi olan UEC-in əsas məqsədlərindən biri mövcud resursların, xüsusilə, maliyyə resurslarının daha ədalətli bölünməsini təmin etməkdir.
Qurum hazırda UEFA-nın 25 üzv assosiasiyasının 141 klubunu birləşdirir. Üzvlər arasında “La Liga” və Böyük Britaniyanın bir çox klublarını birləşdirən “Fair Game” təşkilatı da yer alır.
İdarə Heyətinə seçilən Elçin Usub bu təyinatla bağlı öz fikirlərini də bildirib:
“Avropa Klublar İttifaqının əsas məqsədləri və ideyaları Azərbaycan üçün də aktualdır və burada görüləsi işlər çoxdur. UEC-in İdarə heyətinin üzvü kimi ölkəmizdə də bu məqsədlər uğrunda sözümüzü daha da inamlı demək üçün bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Fürsətdən istifadə edib vaxtilə mənə etimad göstərib, Azərbaycan futbolunu bu təşkilatın ilk tədbirlərinin birində təmsil etməyə səlahiyyətləndirən bütün 1-ci liqa klublarına və PFL-ə təşəkkür edirəm”.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"