“Sabah” bölgələrdə seçimlərə başlayacaq

“Sabah” bölgələrdə seçimlərə başlayacaq
ÖLKƏ FUTBOLU 25 Aprel 2024 / 21:02 1557
-  A +

“Sabah” Futbol Akademiyası “Azerlotereya”nın təşkilatçılığı ilə bölgələrdə seçimlərə başlayır.

QOL.az xəbər verir ki, akademiyanın məşqçilər heyəti 29-30 aprel tarixlərində Tərtər şəhərində 2010-2015-ci il təvəllüdlü uşaqlar arasında seçimlər edəcəklər.

Seçimlər saat 11:00-da, Tərtər Olimpiya İdman Kompleksində keçiriləcək və Tərtərlə yanaşı, Ağcəbədi, Ağsu, Naftalan, Bərdə, Yevlax və Goranboy rayonlarını əhatə edəcək. Qeyd edilmiş rayonlardan uşaqların gətirilməsi üçün avtobuslar ayrılacaq

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner