Argentina millisinin əfsanəvi hücumçusu Dieqo Maradonaya məxsus oyun forması Matchday Football Auctions hərracında 152,2 min avroya satılıb.
QOL.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Sözügedən forma Maradonanın «Barselona»nın heyətində 1984-cü il İspaniya Kral Kubokunun finalında «Atletik»ə qarşı keçirdiyi oyunda (0:1) geyindiyi formadır. Qarşılaşmadan sonra baş verən kütləvi dava zamanı futbolçunun forması cırılıb.
Məlumata görə, “Barselona”nın inventar şöbəsində çalışan qadın əməkdaşlardan biri formanı soyunub-geyinmə otağında taparaq xatirə kimi saxlayıb. Daha sonra o, bu formanı tanışına hədiyyə edib və forma miras yolu ilə həmin şəxsin oğluna keçib. Dörd onillik ərzində ailədə qorunub saxlanılan forma sonradan hərraca çıxarılıb.
Qeyd olunur ki, bu forma indiyədək hərracda satılan Maradonaya məxsus klub formaları arasında ən baha qiymətə satılan nümunə olub.
Xatırladaq ki, Dieqo Maradona 2020-ci ilin noyabrında 60 yaşında vəfat edib. O, karyerası ərzində “Barselona” ilə yanaşı “Napol”,, “Sevilya”, “Boka Xuniors”, “Nyuelz Old Boyz” və “Argentinos Xuniors” klublarında da çıxış edib.

"Yuventus"da itki
2-ci liqada 2 oyun
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
PSJ ilə oyunu buraxacaqlar
"Sabah" - "Barselona" oyununun biletləri satışda
“Dinamo” baş məşqçini istefaya göndərdi
“Qarabağ” və ASA birgə tədbir keçirdi - Şəkillər
Ən çox qazanan futbolçular - Siyahı
Asif Məmmədovdan 18 ilin rekordu
“Borussiya” Bakıya bu heyətlə yollandı - Şəkillər
Rişarlison prezidentliyə namizədi günahlandırdı
"Zirə"nin futbolçusu 100-ə çatdı
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu