"Real"ın qapıçısı Tibo Kurtua karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu barədə "Defansa Central" məlumat yayıb.
Səudiyyə Ərəbistanının Pro Liqasında mübarizə aparan klublardan biri belçikalı qapıçıya ümumi məbləği 90 milyon avro olan 3 illik müqavilə təklif edib. Bu da o deməkdir ki, qolkiper razılaşsa, illik 30 milyon avro maaş alacaq.
Bildirilib ki, Kurtuanın "Real"dakı mövqeyi olduqca güclü olaraq qalır. O, bu mövsüm komandanın əsas qapıçısıdır və cəmi 2 oyunu buraxıb. Ümumilikdə, Kurtua cari mövsüm 23 oyunda iştirak edib, 20 qol buraxıb, 10 oyunda qapısını toxunulmaz saxlayıb.
Madrid klubu Kurtuanı layihənin fundamental hissəsi hesab edir. Məhz buna görə də "Real" qapıçının müqaviləsini 30 iyun 2027-ci ilə qədər uzadıb.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir