"Milan"ın yarımmüdafiəçisi Adrien Rabyo komandanın hazırkı durumundan danışıb.
QOL.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, hazırkı heyətlə İtaliya çempionluğunu qazanmaqlarının çətin göründüyünü deyib:
"İndiki komandamızla çempion olmaq çətindir, çünki heyətdə böyük təcrübəsi olan oyunçular azdır. Xüsusilə də uzun və çətin bir yolu olan çempionatdan danışırıqsa İlk dördlükdə yer almaq "Milan"ın əsas məqsədidir və biz bunu bilirik. Amma şəxsən mən daha çox şey istəyirəm. Çünki 10 xalla qazanmaq üçün şansı varsa, 6 və ya 7 xalla kifayətlənmək olmaz.
Komanda yoldaşlarıma deyirəm ki, çempionluq mentalitetinə sahib olmalı və mümkün qədər yüksəklərə qalxmağı hədəfləməliyik. Mənim kimi təcrübəli oyunçuların işi təcrübəsiz komanda yoldaşlarına qələbənin nə qədər xoş olduğunu göstərməkdir".
Qeyd edək ki, hazırda "Milan" A seriyasının turnir cədvəlində 32 xalla 2-cidir. Komanda lider "İnter"dən 1 xal geri qalır.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər