“Oyuna çox yaxşı başladıq. İlk 15 dəqiqədə fəal idik. Lakin sonradan xeyli sayda top itkilərimiz oldu. Bu da “Qəbələ”yə inam verdi və onlar başladılar topla yaxşı oynamağa. Biz də oyunun ipini itirdik. Şükür Allaha ki, yaxşı qurtardıq, yekunda qələbə qazandıq, yolumuza davam edirik”.
QOL.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O bildirib ki, yaxşı oynamasalar da, qalib gəliblər: “Əvvəlki oyunda bundan yaxşı oynamışdıq, lakin qələbə qazana bilməmişdik. Bəzən belə hallar olur. Yaxşı oynayıb qələbə qazana bilmirsən, rəqibdən üstün olmadığın matçda isə yekunda 3 xal qazanırsan”.
Mahmudov “Qəbələ” ilə matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olan yeni transfer Vensan Abubakarın çıxışını belə dəyərləndirib: “Biz futbolçuların da ona ümidi böyükdür. Abubakar böyük peşəkardır. Çox yaxşı motivasiya ilə gəlib. Nəyə qadir olduğunu ilk oyundan gördük. İnanıram ki, davamı gələcək”.
Kapitan kamerunlu ulduzun işinə çox ciddi yanaşdığını vurğulayıb: “Abubakarın nə dərəcədə peşəkar futbolçu olduğu görünür. Məşqə hamıdan birinci gəlib, ən axırıncı gedir. Gəldiyi gündən üzərində çox çalışır. Bununla göstərir ki, bu səviyyəyə elə-belə çatmayıb”.
E.Mahmudov növbəti turda qarşılaşacaqları “Kəpəz”lə görüşdən də söz açıb: “Həftə arası kubok oyunumuz var. Daha sonra “Kəpəz”lə görüşə hazırlaşacağıq. Hər komanda bizə problem yaşatmağa çalışır. Fərqi yoxdur, iddialıdır, yaxud autsayder. Çalışacağıq ki, “Kəpəz”lə görüşdə də qələbə qazanaq və xallarımızı artıraq”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?