“Bu müqavilə həm Peşəkar Futbol Liqası, həm də Azərbaycan futbolu üçün yeni mərhələdir. Buna qədər bir neçə şirkətlə danışıqlarımız olmuşdu. Lakin müəyyən mərhələyə qədər. "Avrora Qrup"dan isə peşəkar yanaşma gördük. Nəticədə 14 ildən sonra Azərbaycan Kubokunun da sponsoru olacaq və buna görə sevinirik. Yarış “Bizon Azərbaycan Kuboku” adlanacaq”.
QOL.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev təmsil etdiyi qurumla “Avrora Qrup” arasında Azərbaycan Kubokunun sponsorluğu ilə bağlı müqavilə imzalanması barədə danışarkən deyib.
O, kubokun qalibi üçün pul mükafatının ayrılmadığını bildirib: “Müəyyən planlarımız var. İndi bütün sirlərin üstünü açmaq istəməzdim. Premyer Liqada ayın qolu olduğu kimi, kubokda da mərhələnin ən yaxşı qolunu qolunu seçməyi düşünürük. Seçim sponsor şirkət tərəfindən aparılacaq. Media nümayəndələri ilə bağlı da planlarımız var. Lakin kubokun qalibi üçün hər hansı pul mükafatı nəzərdə tutulmayıb”.
PFL rəsmisi sponsorluq müqaviləsinin 1 illik olmasının səbəbini belə izah edib: “Bu, ilkin mərhələdir. Gələcəkdə əməkdaşlığımız uzunmüddətli də ola bilər”.
S.Abdullayev I və II Liqa üçün də sponsor axtarışlarının davam etdiyini bildirib: “Kuboka sponsor tapmaqla tilsimi sındırdıq. I və II Liqa ilə bağlı da planlarımız var. Ümid edirik ki, həmin turnirlərlə bağlı da danışıqlarımız müsbət yekunlaşacaq”.
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video
Argentina millisinin üzvü "Bayer"də
Aleksis Sançesin transferi açıqlandı
“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - Video
“Turan Tovuz”dan yenilik
"Sabah"ı pley-offa aparan qollar - Video
Çempionlar Liqasında "pley-off"çular müəyyənləşdi
KL-də 2 komanda mərhələ adladı
Avroliqada cavab oyunları başladı