“Şamaxı” futbol klubunun portuqaliyalı yarımmüdafiəçisi Dioqo Balounun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 9-cu turunda səfərdə “Qarabağ”dan xal aldınız...
- Çətin oyun idi. Yaxşı çıxış etdik. Komanda şəklində qazandığımız nəticədən məmnunuq.
- “Qarabağ”ın adı sizi motivasiya edirdi?
- Əlbəttə. Özü də təkcə məni yox, bütün komandamızı. Çünki onlar hazırda Avropa futbolu üçün ən yuxarı səviyyə hesab olunan Çempionlar Liqasında çıxış edir. Bu cür rəqibə qarşı oynamaq isə məsuliyyət tələb edir.
- “Şamaxı”ya yayda qoşulsanız da, elə təsir bağışlayırsınız ki, sanki illərdir buradasınız. Uğurlu çıxışın arxasında nə dayanır?
- Bu, məşqçilər korpusumuzun əməyidir. Onların dəstəyi olmasaydı, belə rahat görünə bilməzdim. Həm də Azərbaycanın da rolu var. Özümü ölkənizdə çox yaxşı hiss edirəm.
- Mənə elə gəlir ki, belə yaxşı oyunla “Şamaxı”da çox qalmayacaqsınız. Siz nə düşünürsünüz?
- Oyunum haqqında müsbət fikirlər eşitmək xoşdur (gülür). Təbii ki, hər bir futbolçu daha yüksək səviyyəli klubda, çempionatda oynamaq, yaxşı pul qazanmaq istəyir. Bunu danmaq olmaz. Lakin hazırda “Şamaxı” ilə müqaviləm var və burada xoşbəxtəm.
- Ayxan Abbasovun “Şamaxı” ilə yanaşı, milli komandada da çalışması sizə mənfi təsir etmir?
- Hələ Azərbaycana gəlməmişdən öncə Ayxan Abbasov barəsində müsbət fikirlər eşitmişdim. Menecerim demişdi ki, bu məşqçi sənin inkişafında rol oynayacaq. Həqiqətən də elədir. Onun milliyə gedişi bizim üçün ancaq müsbət məqamdır. Bu, onun üçün yaxşı təcrübədir. Çünki millidə ölkənin ən yaxşı futbolçuları ilə çalışır. O təcrübə bizə də yaxşı təsir göstərir.
- Bayaq “Qarabağ”ın ÇL-də çıxış etdiyini xatırlatdınız. Maraqlıdır, portuqaliyalı olduğunuzu nəzərə alsaq, “Benfika” - “Qarabağ” matçında kimə azarkeşlik edirdiniz?
- Açığı, gözəl futboldan zövq almağa çalışırdım. Heç bir komandanı dəstəkləmirdim. “Qarabağ”ın “Benfika”nı məğlub etməsi təəccüblüdür. Lakin mənim üçün sevindiricidir. Çünki bu ölkədə oynayıramsa, Azərbaycan klubunun uğuruna sevinməliyəm.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”