2000-ci illərin əvvəlləridi. Müstəqil Azərbaycanın yeni idman teleşərhçiləri yetişməyə başlayır - Elnur Əşrəfoğlu və Altay Əliyev. Gəncdilər, bu sahədə yenidilər, işlərində hansısa çatışmazlığın olması mümkündü. Belə vaxtda ən çox uzun illər sovet jurnalistika məktəbini keçmiş veteranların köməyinə və dəstəyinə ehtiyacları var. Elə bu məqamda Cingiz İsmayılov ağsaqqal nəsihəti vermək, şərhçilikdə doğru yol göstərmək əvəzinə mətbuatda onları az-qala asıb kəsir.
Aradan 16-17 il keçib. Bu yaxınlarda Çingiz İsmayılovun daha bir müsahibəsi vardı. Fikirlər yenə dəyişməyib. Mən, biz... İndikilər isə, onun fikrincə, jurnalist və şərhçi deyillər!
Bu gün “Futbol+”də veteran jurnalistimiz Aydın Əliyevin də müsahibəsini oxudum. O da elə təxminən Çingiz müəllimin dediklərini dəstəkləyir. Doğrudu, bir təcrübəli, peşəkar və ağsaqqal jurnalist kimi haqlı iradları, narahatlıqları da var. Buna görə Aydın müəllimə “sağ ol” deyirəm və gəlirəm başqa bir məsələyə.
Sovet jurnalistikasının yetirməsi olan şərhçilərə həmişə elə gəlib ki, bizdə idman jurnalistikası və teleşərhçilik elə ancaq SSRİ-nin dövründə güclü olub, indikilər isə, kobud desək, bir işə yaramırlar. Söhbət düşəndə də müasir idman jurnalistikasından (ən çox da teleşərhçilərdən) ancaq narazılıq edirlər. Bu məqamda nabələd adam təəccüb qalar və elə fikirləşər ki, görün, bizim jurnalistika nə gündədi ki, Sovetlər dağılandan sonra, yəni son 26 ildə bir normal şərhçi belə yetişməyib.
Amma baxırsan “İdman Azərbaycan”a, “CBC Sport”a, neçə-neçə istedadlı, bacarıqlı, potensialı yüksək olan gənc şərhçilərimiz var. Hərçənd bizim dəyərli ağsaqqallarımız nəyə görəsə birinin belə adını çəkmir. Səbəb nədi: qısqanclıq, paxıllq, ya nə?
Soruşanda ki, gənc şərhçilərimizin problemi nədi? Deyirlər, dilimizə çox əcnəbi söz gətiriblər. Bir dəfə biri hətta demişdi ki, aut sözünü çox işlədirlər. Təsəvvür edin də. İndi siz söyləyin, artıq bütün dünya şərhçilərinin dilinə girmiş üç hərfdən ibarət aut sözünün nəyi pisdi? Axı, məsələn, Elnur Məmmədli “topu oyuna yan xətdən daxil edir” söyləyənə qədər oyun qurtaracaq...
Amma görünür, doğma dilimizin keşiyini çəkmək indi ancaq Sovet şərhçilik məktəbinin ən son yetirməsi Fikrət Adıgözəllinin işidi. Kilometlərlə uzunluqda cümlələr qurub danışsın, bütün ölkə də yuxuya gedib, hesabı ertəsi günü “Livescore”dən öyrənsin. Yəqin elə sovet jurnalistika məktəbinin nümayəndələrinin də istəyi budu: oyunları və Qdanskdakı yeniyetmələr üzrə şahmat birincliyini ancaq Fikrət müəlllim aparsın.
Nə isə...
Mətləbə dəxli olmasa da, stajlı azarkeşlərə bir sual: necə olmuşdu ki, o vaxtlar gürcü Kote Maxaradze SSRİ mərkəzi televiziyasında şərhçilik edib şan-şöhrət qazanmışdı, amma bizimkilər indiki AzTV-nin studiyasından bir addım da o tərəfə gedə bilməmişdi?
Aydın BAĞIROV
[email protected]
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun