"Neftçi" Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Qəbələ"nin qonağı olub. Matç "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Kifayət qədər maraqlı və gərgin oyun izlədik. "Qəbələ" məğlub olmasına baxmayaraq, sərgilədiyi futbolla mənim rəğbətimi qazanır, onların oyun tərzi xoşuma gəlir. Hakimlik barədə isə onu deyə bilərəm ki, əgər idarəçilik bu səviyyədə davam edərsə, hər şey çox yaxşı olacaq. Qəbələdə həqiqətən möhtəşəm bir futbol mərkəzi və super stadion var. Məşqlər üçün yaradılan şərait və meydançalar da yüksək səviyyədədir".
Mütəxəssis avrokuboklara vəsiqə uğrunda gedən mübarizəyə və komandasının hədəflərinə də toxunub:
"Avrokuboklara yollana bilməməyimiz böyük bir faciə sayılmamalıdır, lakin təbii ki, bu, bizim üçün xoşagəlməz bir hadisə olar. Hazırda vəsiqə üçün bir neçə iddialı namizəd var və biz məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Çempionatın sonuna hələ 10 tur qalıb. Uğur qazanmağımız birbaşa özümüzdən, göstərəcəyimiz əzmkarlıqdan asılıdır".
Y. Vernidub ötən tur "Turan Tovuz"la matçdan sonra həmkarı Kurban Berdıyevlə görüşməsinin Ukrayna mətbuatında tənqid olunmasına kəskin reaksiya verib:
"Haqqımda yazılanlar mənim üçün maraqlı deyil. Mən Berdıyevin neçə pasportu olduğunu bilmirəm, bildiyim qədərilə o, türkməndir. Sosial şəbəkələrdə nələr paylaşıldığından da xəbərsizəm. Qısası, müharibənin ilk günündə hansı mövqedə idimsə, indi də həmin yerdəyəm. Bu barədə yazanlar özləri son dörd il ərzində nə etdiklərini desinlər. Mənim 60 yaşım var, nə qədər istəsələr provokasiyaya cəlb etsinlər. Mən hazırda futboldayam və öz işimi görməyə davam edirəm".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi