"Qəbələ" Misli Premyer Liqasının 24-cü turu çərçivəsində evdə "Neftçi" ilə üz-üzə gəlib. Qarşılaşma Qəbələ təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
"Fikrimcə, meydanda kifayət qədər bərabər mübarizə keçdi. Matça çox yaxşı başlamışdıq, lakin təəssüf ki, qapımızda çox sadə qollar gördük. Bu səviyyədə, xüsusilə də "Neftçi" kimi təcrübəli komandalara qarşı belə fərdi səhvlərə yol vermək olmaz. Hazırda bizim üçün ən vacib məqam psixologiya üzərində işləməkdir. Görünən odur ki, futbolçularda psixoloji baxımdan ciddi sıxıntı var. Fiziki hazırlıq cəhətdən isə hər hansı bir problemimizin olduğunu düşünmürəm".
Təcrübəli mütəxəssis tribunadan gələn istefa şüarlarına da sərt reaksiya verib:
"Müəyyən müddətdir burada çalışıram, lakin bəzi azarkeşlərin məni istefaya səsləməsini anlamaqda çətinlik çəkirəm. Avropada belə çətin vəziyyətlərdə komandaya və baş məşqçiyə sona qədər dəstək nümayiş etdirirlər. Tribunadan istefa qışqıranlar isə əsasən 13-14 yaşlı uşaqlardır".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video