Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Kəpəz" "Turan Tovuz"u qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Azarkeşlərimizə sona qədər göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Futbolçularımız da meydanda can qoyaraq bu dəstəyin qarşılığını verdilər. Hazırda müəyyən çatışmazlıqlarımız olsa da, matçdan-matça daha yaxşı performans sərgiləyəcəyik. Zaman keçdikcə azarkeşlər tam fərqli, istədiyimiz futbolu oynayan "Kəpəz" görəcəklər".
Baş məşqçi rəqibin vurduğu qolu və müdafiədəki boşluqları bu cür şərh edib:
"Hücuma çıxarkən top itirdik və nəticədə zonamız boşaldı. Bir zonanı boş qoyduqda digər boşluqlar da zəncirvari şəkildə üzə çıxır. Rauf Rüstəmli həmin epizodda maksimumunu etməyə çalışsa da, amma əfsuslar olsun ki, ayağı sürüşdü. Biz əks-hücuma keçməkdən, rəqib bizi azlıqda yaxaladı. Rəqibin usta futbolçuları öz bacarıqlarını göstərdilər. Onların fərdi keyfiyyətlərini danmaq olmaz".
A.Bağırov komandanın son turlardakı stabil çıxışına da diqqət çəkib:
"Son 4-5 turdur ki, kifayət qədər stabil və istəkli oyun nümayiş etdiririk. Meydanda əsl futbol oynamağa çalışırıq və hesab edirəm ki, bu gün də maraqlı mübarizə alındı. Tapşırıqları layiqincə yerinə yetirdikləri üçün futbolçularıma təşəkkür edirəm".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video