"2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 dünya çempionatına ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb".
QOL.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın U-20 millisinin yeni baş məşqçisi Rui Jorjenin mətbuat konfransında deyib.
O, mütəxəssis haqda fikirlərini bölüşüb: "Ötən həftə U-20 yığmasının baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək. Onun haqda AFFA-nın saytında müəyyən məlumatlar verilib. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 yığmasının baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq, təcrübəsini futbolçularımıza ötürə biləcək və yığmamız dünya çempionatında uğurlu çıxış edəcək. Rui Jorjenin iki köməkçisi var ki, onlar da Azərbaycanda yaşayacaqlar. Hər ikisi portuqaliyalıdır. Yığmamıza həm də yerli və gənc məşqçilərdən biri təklif olunacaq. Həmin məşqçi haqda ətraflı məlumat verə bilməyəcəyik. Yaxın vaxtlarda yerli məşqçi təyinatı haqda məlumat veriləcək".
S.Hacıyev mütəxəssisə 500 min avro maaş təyin edilməsi haqda yayılan xəbərlərə münasibət bildirib: "Bu günə qədər məşqçilərlə bağlı müqavilə şərtlərini açıqlamırıq".
O, baş məşqçi vəzifəsi üçün başqa namizədlərin də olduğunu, lakin yekunda R.Jorjedə qərarlaşdıqlarını söyləyib: "Fevralın 19-da AFFA İcraiyyə Komitəsinin iclası keçirilmişdi və bir neçə namizəd üzərində məsələyə baxıldı. Jorjenin namizədliyi təsdiqlənəndə, iclasdan sonra hüquqi proseslər yerinə yetirildi. İcraiyyə Komitəsinin tapşırığı olmuşdu ki, hüquqi proseslər həllini tapsın. Təyinat olanda ən əsas məqam təcrübə idi. Rui Jorjenin böyük təcrübəyə malik olması... Portuqaliya yığmasında uzun illər işləyib. Bu məsələlər əsas götürüldü".
AFFA rəsmisi baş məşqçinin qarşısına qoyulan əsas hədəfi də açıqlayıb: "İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin. Ən azından millimiz güclü komandalara qarşı döyüşə bilsin. Uğurlu çıxış deyəndə bunu nəzərdə tuturuq. Gələcəkdə necə olacağını bilmirəm. Hazırda biz ancaq dünya çempionatından danışırıq. Məqsəd də ancaq DÇ üçün qoyulan məqsədlərdir".
S.Hacıyev Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının açılış oyununun vaxtı və məkanı haqda sualı cavablandırıb: "Hələ danışıqlar gedir. Biz və FİFA, Özbəkistan Futbol Federasiyası ilə əlaqədəyik. Aylar bəllidir, tarixlər yox. Sentyabrdan oktyabra qədər keçirilməlidir, turnir 21-23 günlük olmalıdır".
O, sonda "Ev sahibi kimi layiqli oynamağa məcburuq. Belə olanda halda, kütləvi milliləşdirmə prosesi baş verə bilər? Vaxtı ilə millilərə Almaniyadan xeyli sayda türkiyəli oyunçu cəlb edilmişdi" fikirlərinə cavab verib: "Birmənalı şəkildə qeyd edə bilərəm ki, kütləvi şəkildə baş verməyəcək. Elə ola bilər ki, futbolçu Azərbaycan əsilli olsun ya da valideyinlərindən biri sırf azərbaycanlı olsun. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Baş məşqçi qeyd etmişdi ki, istənilən halda, milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə olmayacaq. Yəni 20 futbolçudan 17-i milliləşdirilmiş olmayacaq".
"Çelsi"də qalır
"Mançester Yunayted" "Qalatasaray"ın hücumçusuna göz dikdi
"Bayer"nin yeni transferi debüt etmədən sıradan çıxdı
"Sabah"dan növbəti transfer
"Real" yoldaşlıq matçında heç-heçə etdi
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
Güləşçimiz dünya çempionatının finalında
35 yaşlı hücumçu "Çelsi"də
Frank De Bleker Azərbaycandakı iş dönəmini dəyərləndirib
"Bu kubok mənimdir, yoxsa sizin?"
Meydanda qələbə, paltardəyişmə otağında gərginlik
"Real"ın futbolçusu Premyer Liqaya keçə bilər
La Liqa məşqçisi Səudiyyə Ərəbistanına yollanır
DÇ-2026-nın qəhrəmanı PSJ-nin hədəfində
FİFA-dan Türkiyənin 4 klubuna transfer qadağası
UEFA-dan penaltilərlə bağlı yeni qərar
Almaniya millisinin üzvü "Ayaks"da - Rəsmi
Sabiq "Qarabağ"lı het-trik etdi
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
"Ronaldo 1000 qol vurmadan dayanmayacaq"
De Bleker AFFA-dan getdi
"Çelsi"yə 10 milyon funt cərimə və şərti transfer qadağası
"Barselona"da 18 yaşlı vinger
Diomandenin "Real"a transferi dalana dirəndi
"Monako"dan PSJ-yə
"Arsenal"dan yeni transfer
DÇ-2026-da tarixi nəticə qazandı, istefaya göndərildi
İnfantino: "DÇ-2030 tarixin ən yaxşısı olacaq"
Nuriyevin komandası liderliyə yüksəldi
“Qarabağ”ın “Dinamo” ilə oyunlarının hakimləri müəyyənləşib
İnfantino göndərilir?
"Şamaxı" yarımmüdafiəçi transfer etdi
Qəbələdə 4 qol
"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
Eddi Hau rəsmən "Nyukasl"dan getdi
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi