Az əvvəl apasport.az saytında “Adamla antirekord” başlıqlı bir xəbər diqqətimi çəkdi. Deməli, Azərbaycanın 19 yaşadək milli komandası 2009-cu ildən üzü bəri, hər ilin yanvarında Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirə qatılır və hər dəfə də A milli komandamız kimi, iştirakçısı olduğu yarışı sonuncu pillələrdə tamamlayır. Budəfəki fərq ondan ibarətdir ki, U-19 millimiz əvvəlkitək daha 4, 3 və ya 2 yox, bu dəfə turnirdə cəmi 1 xal qazanıb və bu da, təbii ki, olub antirekord.
Yəni, geriləmə.
Əslində bizim futbol geriyə getməyə daha çox meyillidir. Nə olsun ki, pulun çox, şəraitin yüksəkdir. Əgər xəstəliyin varsa və özü də bu xəstəlik irsidirsə, onu necə düzəldəsən?! Burdan müalicə edirsən, ordan çürüyür.
Foqts da, U-19 millisinə yeni baş məşqçi təyin olunan və güya futbolçu düzəltmək istəyən Nikolay Adam da, AFFA-da oturan hörmətli rəhbər yoldaşlar da pasientlərinə səhv diaqnoz qoyan bəzi azərbaycanlı həkimlər kimidilər. Pulu qazanır, amma yaranı düzəltmir. Ya da daha dəqiqi, düzəldə bilmir.
Ona görə də görürsünüz, bizim futbol nə haldadır? Hər yeri çat verib.
Yuxarısını düzəldirlər, aşağısı dağılır, aşağısını düzəldirlər, ortasında bir problem yaranır. Axırı da ona gəlib çıxır ki, sənin A milli komandan qrupunda vur-tut 9 xal toplayır, aşağı yaş qrupu üzrə oynayanlar isə cəmi 1 xal.
Amma çıxıb mikrofon qarşısında artıq kif basmış o fikri deyirlər: futbolumuz inkişaf edir.
Bir dəfə bu haqda yazmışdım, təkrar etməkdən də yorulmuram. Ermənistan millisindən nümunə gətirməyi sevməmişəm və indi də istəməzdim. Amma vallah, millidəki olmayan inkişafdan bəhs edən futbol məmurlarımız və üzdə “inkişaf var” deyib, dalda “Foqtsu niyə qovmurlar” kimi sözlər söyləyən Azərbaycan futbolçusunun bir balaca vicdanı varsa, özünə sual eləsin ki, nə üçün futboldakı bu qədər var-dövlət qarşılığında biz zülmlə 9 xal toplayıb axırıncı yerlərdə oluruq, amma Ermənistan, pulu-parası olmayan ac Ermənistan futbolu isə bizdən daha artıq - 13 xal yığıb az qala DÇ-nin final mərhələsinə düşə bilmir?
O bahalı maşınları, o dəbdəbəli restoranları, o lüks otellərdəki istirahəti sevdiyiniz kimi, bir az da bu vətəni, formanızın üzərindəki o gerbi, başınızın üzərində dalğalanan o bayrağı, soyuğunda-sazağında sizə təmənnasız dəstək olan o azarkeşləri də sevin də…
Vətənə sevgi Aleksandr Səmədovu az qala öldürməklə hədələyib ifrat patriotluq etmək deyil. Aleksandr Səmədov kimi öz işinə, peşəsinə sevgiylə yanaşıb onun kimi futbolçu olub təmsil etdiyi ölkəyə ləyaqətlə xidmət etməkdir.
Görəsən, Rövnəq Abdullayev, Elxan Məmmədov heç bunlar haqda bir dəfə də olsun bizim futbolçularla söhbət edib?
Etməyiblərsə, heç olmasa, bu işi Qurban Qurbanovun və ya Rəşad Sadıqovun öhdəsinə buraxsınlar. Qurban və Rəşad kimi insanların adı bizim futbol tariximizdə həm də ona görə həmişə minnətdarlıqla, hörmətlə çəkiləcək ki, onlar o biri futbol adamları kimi inomarka, dollar-manat təfəkkürüylə yox, futbolla yaşayıblar, vaxtlarının çoxunu boş-boş laqqırtı vurmağa yox, öz sahələrindəki yeniliklərə həsr ediblər, əvvəl olublar əsl peşəkar, sonra isə işləri və əməlləri ilə çevriliblər futbolumuzdakı nadir şəxsiyyətlərə.
Şəxsiyyətdən söz düşmüşkən… Az əvvəl U-19-un Sankt-Peterburq biabırçılığından daha vacib olan başqa bir üzücü xəbər oxudum. “Neftçi” futbolumuza və idmanımıza sözlə ifadə edilməyəcək qədər xidmətlər göstərən Nazim Süleymanovla yolları ayırıb. Bununla bağlı rəsmi məlumatda belə bir cümlə var: Süleymanov istefa ərizəsi yazıb və ərizə qəbul olunub. Bu tələsik addıma nəyin səbəb olduğu başqa bir yazının mövzusudur. Sadəcə, mənə maraqlıdır, “Neftçi” klubunda işləyən məşqçilərin problemi nədir ki, elə hamısı özü istefa verir, rəsmən istefaya göndərilmir? Son 4-5 ildə Arif Əsədov, ardınca Böyükağa Hacıyev, sonra Tərlan Əhmədov, ən sonda da Nazim Süleymanov tutduqları vəzəfədən özləri “gediblər”. Bir daha qeyd edirik, rəsmi xəbərə əsasən, istefa verib gediblər, amma qeyri-rəsmi məlumatlara görə, “Neftçi” rəhbərliyi onlarla yola getməyib.
Hər nə baş verib bilmirəm, amma Nazim Süleymanov hətta özü istefa vermişdisə belə, ərizəsi indi, bu gün qəbul olunmamalıydı. Ən azı komandaya cəmi 5-6 tur əvvəl gəldiyinə görə və… doğma qardaşını itirdiyi bu günlərdə yaşadığı mənəvi sarsıntıya görə…
Gərək ki, Nazim Süleymanov SSRİ çempionatında yarışan Azərbaycanın ən nəhəng komandası “Neftçi”yə bir futbolçu kimi gələndə 18 yaşı olub. 18 yaşından başlayaraq özünü o boyda əjdaha futbolçuların çıxış etdiyi komandada təsdiq edib. Sonradan, çoxlarının bildiyi kimi, 1990-cı illərdə “Alaniya”ya keçib və Rusiya çempionu adını da qazanıb.
Zaman olub ki, Nazim Süleymanov bu ölkənin futbolunu Rusiyada təkbaşına ləyaqətlə təmsil edib.
Süleymanovun “Neftçi”yə gəldiyi gündəki yaşda olan Azərbaycanın 11 futbolçusu isə elə həmin Rusiyada bu gün öz qapısından dörd qol buraxaraq qrupda sonuncu yeri tutur.
Süleymanovun futbolumuza göstərdiyi xidmətin və məşqçi kimi cəmi 5-6 oyundakı normal nəticələrinin “mükafatı” “Neftçi”dən göndərilməsidirsə, bəs o 11 futbolçunun, onların baş məşqçisinin, o komandaya cavabdeh olanların “mükafatı” nə olacaq?
Aydın BAĞIROV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu