"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil

"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
XƏBƏR 31 Mart 2026 / 18:00 2491
-  A +

“Fənərbaxça”nın prezidenti Sadettin Saran avtomobil qəzası keçirib.

QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, qəza İstanbulun Ataşehir rayonunda baş verib.

Hazırda Sadettin Saranın səhhətinin yaxşı olduğu bildirilib. Sürücü isə qəzadan yüngül xəsarətlərlə xilas olub.

Klubun yaydığı açıqlamada prezidentin, sürücünün və digər nəqliyyat vasitəsində olan şəxslərin vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Hazırda klub prezidentinin iş fəaliyyətini normal şəkildə davam etdirdiyi bildirilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner