“Milli komanda qələbə qazanıbsa, buna ancaq sevinməliyik. Düzdür, rəqiblər də o qədər güclü deyildi, amma qələbə qələbədir”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Nadir Nəbiyev deyib.
Azərbaycan millisinin “FİFA Series” turnirinin qalib olması ilə bağlı danışan keçmiş hücumçu qazanılan iki qələbəyə istehza ilə yanaşmanın düzgün olmadığını bildirib: “Bu oyunların əsas faydası o oldu ki, məşqçilər komandada olan boşluqları görə bildilər. Nəzərə almaq lazımdır ki, milli uzun müddət idi ki, qələbə qazana bilmirdi. Əgər biz qələbəni belə tənqid ediriksə, məğlub olsaq, nə edərdik. Nə qədər desək ki, rəqiblərimiz zəif idi, inanıram ki, bu qələbə milli komandanı daha da ruhlandıracaq”.

Nadir Nəbiyev
N.Nəbiyev bildirib ki, bu oyunlara əsasən Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı çıxışı haqda proqnoz vermək tezdir. O, Lixtenşteyn və Litvanın Azərbaycan millisindən güclü olmadığını, amma oyunların asan keçməyəcəyini də qeyd edib: “Rəqiblərimiz “FİFA Series” turnirindəkilərdən daha ciddi komandalardır. Həmin oyunlara daha ciddi hazırlaşıb yaxşı nəticə qazanmaq lazımdır.
Həm Lixteynşteyn, həm də Litva milli komandalarının son oyunlarına baxanda görürük ki, rəqiblərə ciddi müqavimət göstəriblər, bəzən də qələbə qazanıblar. Bu oyunların bizim üçün çətin keçəcəyini indidən deyə bilərik. Məşqçilərin seçim imkanı da çox deyil. Bununla belə, milli komandamızı hər iki rəqibdən daha üstün sayıram. Nə olursa olsun, bu qrupdan lider olaraq çıxmalıyıq”.
N.Nəbiyev onu da bildirib ki, Ayxan Abbasovun milliyə baş məşqçi təyinatından sonra komandada qələbə istəyi, əzmkarlıq artıb ki, bu da yaxşı nəticələrə ümid verir: “Bir neçə ildir milli komanda ugurlu çıxış etmir. Santuşun gəlişindən sonra yaxşı nəticə olacağına ümid etsək də, daha da pis oldu. Ayxan Abbasovun gəlişindən sonra ən çox nəzərə çarpan meydançada futbolçuların əzmkarlığı, bir də son saniyəyə qədər mübarizə aparmasıdır”.
Ramiq Ağaməmmədov
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə