Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu

Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
ÖLKƏ FUTBOLU 1 Aprel 2026 / 12:35 5870
-  A +

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub. Cavadov portuqaliyalı baş məşqçi Rui Jorgenin köməkçisi olacaq.

Xatırladaq ki, məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner