Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın pley-off mərhələsinin finalında Kosovoya qalib gəlməkləri (1:0) və mundiala vəsiqə qazanmaqları haqda danışıb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında qürurlu olduğunu deyib:
"Emosiyalarım zirvədədir. Deyəsən, Türkiyəni həm Avropa çempionatına, həm də dünya çempionatına aparan ilk əcnəbi məşqçi oldum. Bununla inanılmaz dərəcədə qürurluyam! Futbolçularım əllərindən gələni etdilər. Əgər DÇ-2026-ya vəsiqə qazanmasaydıq belə, bütün məsuliyyət mənim üzərimə düşəcəkdi. Məqsədimizə çatdıq. İndi birlikdə gözəl bir yola davam edəcəyik".
"Futbolla məşğul olan hər kəs dünya çempionatında iştirak etməyi arzulayır. Biz bu barədə komanda ilə danışmışdıq. Arzumuzu gerçəkləşdirdik və xoşbəxtik. Bu, sözlə ifadə edilə bilməyəcək qədər inanılmaz bir hissdir. Dünya çempionatı zirvədir. Onu birlikdə yaşamağı səbirsizliklə gözləyirik. Bu uğurda hər kəsin rolu var. heyət, rəhbərlik... Hamınıza təşəkkür edirəm!".
Qeyd edək ki, Türkiyə millisi 24 il sonra ilk dəfə mundialda mübarizə aparacaq. Komanda ABŞ, Paraqvay və Avstraliya ilə birlikdə D qrupunda yarışacaq.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu