"Bavariya" "Mançester Siti"nin hücumameylli yarımmüdafiəçisi Fil Fodeni transfer etməyi planlaşdırır.
QOL.az xəbər verir ki, bu haqda "TEAMtalk" məlumat yayıb.
Almaniya klubu artıq oyunçunun ətrafı ilə ilkin əlaqələr qurub. Buna cavab olaraq, "Mançester Siti" rəhbərliyi öz yetirməsi ilə müqavilənin uzadılması üzərində fəal şəkildə işləyir. "Şəhərlilər" Fodeni klubda qalmağa inandırmaqla riskləri azaltmağa çalışır.
25 yaşlı futbolçumum özü karyerasını doğma klubunda davam etdirməyə hazırdır, lakin maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasında israr edir.
Xatırladaq ki, Fil Foden "Mançester Siti"nin akademiyasının yetirməsidir və 2017-ci ildə əsas komandaya qoşulub. Bu mövsüm o, 41 matçda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı