Biz kütləvi olaraq bu ölkənin adını ilk dəfə eşidəndə 1998-ci il idi. Vaqif Sadıqovun baş məşqçisi olduğu A millimiz Vaduts şəhərində 1:2 hesabı ilə uduzanda (“Avro-2000”nin seçmə mərhələsində) bilmişdik ki, Avropada belə bir cırtdan dövlət var, futbolu yoxdu, daha doğrusu, var, amma yox kimidi.
Buna baxmayaraq, olmayan futbolları və… bu fakta xüsusi diqqət yetirin, həvəskar futbolçuları ilə bizi udurlar. Bəs, biz kimiydik onda? Azərbaycanda futbol hər nə qədər geridə olsa da, səviyyəli oyunçularımız da vardı. Ən çox yadımda qalanlar Nazim Süleymanovla Dmitri Kramarenkodu. Doxsanıncı illərin ortalarında Rusiya Premyer Liqasındakı yaxşı oyunları ilə ad çıxarmışdılar. Vəli Qasımov isə İspaniyadakı uğursuz karyerasından sonra Portuqaliya Premyer Liqasına gəlib, orda 1-2 gözəl qol vurmuşdu və daim milliyə dəvət alırdı. Amma onu bəzən oyunlarda görürdük, bəzən də görmürdük. Sonra rəhmətlik Fuad Musayev (AFFA-nın o dövrkü prezidenti) qəzetlərə müsahibə verib gileylənirdi ki, Vəli gəlib millidə oynamaq istəmir, çünki pul istəyir. Vəli isə hər dəfə onun dediklərini təkzib edir, millidə təmənnasız oynamağa canla-başla hazır olduğunu söyləyirdi.
Sırf bu məğlubiyyətə görə idman jurnalistləri AFFA-nın prezidenti Fuad Musayev, millinin 41 yaşlı baş məşqçisi Vaqif Sadıqov və futbolçulara haqlı təzyiqlər edirdilər. Sonradan Sadıqovun millidə Əhməd Ələsgərovla əvəzlənməsininin bir səbəbi də həm də bu davamlı təzyiqlər oldu.
İdman jurnalistləri, idman mediası…
90-cı illərin sonları, 2000-ci illərin əvvəlləri tarixinin qızıl dövrünü yaşayırdı. Az idilər, gənc idilər (təsəvvür edin, çoxusu da 18-23 yaş arasında!), amma imzalarını az qala bütün idman aləmi tanıyırdı. Nazirindən başlayaraq federasiya rəhbəri, idmançılarına qədər. Jurnalist kimi, insan kimi səviyyələrinə, şəxsiyyətlərinə hörmət edirdilər. Amma zaman və pul dəyişdi bir çoxunu, davamçıları da elə onların yolu ilə getməyə başladı. Yoxsa indiki kimi saatlarla klubların qapısı önündə yatmaq, onların rəhbərlərinə, məşqçilərinə, hətta futbolçularına belə dayanmadan bezdirici mesajlar yazıb dilənçilik və qaraçılıq etmək bizim şərəfli tarixi olan idman jurnalistikamızın əqidəsinə, prinsiplərinə görə deyildi.
***
Aradan 21 il keçəndən sonra Lixtenşteyn bu dəfə U-21 millisi səviyyəsində bizimkilərə qalib gəlməklə (1:0) tarixində ilk qələbəsini (yenə də Azərbaycanla oyunda!) qazandı. Bizim serb baş məşqçi hələ vicdanlı insandır ki, məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürdü. “Futbolçuların günahı yoxdur” deyib özünü birbaşa hədəf göstərdi.
Həqiqətən məğlubiyyətdə futbolçuların günahı varmı? Bu sual bəlkə də qeyri-ciddi səslənə bilər ki, axı birinci günah elə onlardadır, çünki futbolu oynayan futbolçudur. Amma bu yerdə yadıma yüksək təcrübəsi, dərin futbol savadı olan bir neçə təcrübəli mütəxəssislə müxtəlif vaxtlarda və ayrı-ayrılıqda etdiyim söhbətləri xatırlamalı oluram. Hamısının dediyini ümumiləşdirsək, təhlükəli mənzərə yaranır: futbolumuz ciddi böhran içindədir və… sabah aşağı yaş qruplarında (U-21 və U-19-da) A milli komandada oynamaq səviyyəsində olan heç üç futbolçumuz belə yoxdur. Səbəb?
1) AFFA uşaq futbolunda kök salmış problemlər aradan qaldıra bilmir. Bu istiqamətdə iş görür, amma doğru görmür, ya da sadəcə, işinə qeyri-ciddi yanaşır.
2) Bölgələr futbolsuz qalıb. Futbola maraq azalır. Sırf bunlara görə də rayonlarda uşaq futbol məktəbləri yox səviyyəsindədir. Valideynlər olan-qalan futbol məktəblərinə də uşaqlarını yazdırmırlar ki, onların futbolçu kimi gələcəyi olmayacaq.
3) Daxili çempionatın səviyyəsi günbəgün aşağı düşür, klublarda uşaq futbolçuların hazırlığına ciddi fikir verilmir.
Bütün bunlar isə ölkədə keyfiyyətli futbolçuların yetişməsinə, son illər onların sayının kəskin azalmasına gətirib çıxarıb.
Dünya reytinqinin zirzəmisində - 182-ci yerdə, yəni bizdən düz 74 pillə geridə olan Lixtenşteynin komandasına dünənki məğlubiyyət müxətəssislərin şəxsi söhbətlərdə olsa belə, çaldığı həyəcan təbilinin nə qədər əsaslı olduğunu göstərir. Amma belə məsələlər iki-üç nəfər arasında edilməməlidir. Ən çox AFFA-dan maaş almayan mütəxəssislər bu problemi epizodik deyil, daim media səviyyəsində qaldırıb ictimailəşdirməlidirlər. AFFA-nın qoruyucu mələkləri olan medianın da problemləri göstərməyinin zamanı çatıb.
Yoxsa…
Üçüncü və daha çox Lixtenşteyn faciəmiz olacaq.
Aydın BAĞIROV
[email protected]
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu