Renat Dadaşov Ukraynada debüt etdi

Renat Dadaşov  Ukraynada debüt etdi
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2026 / 00:33 247
-  A +

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni klubu “Bukovina”nın heyətində ilk rəsmi matçına çıxıb.

QOL.az xəbər verir ki, o, Ukrayna Premyer Liqasının 6-cı turunda “Zarya” ilə görüşdə debüt edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Dadaşov 66-cı dəqiqədə - komandası hesabda geri olarkən meydana çıxıb.

Bu heç-heçədən sonra xallarının sayını 7-yə çatdıran “Bukovina” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner