Qol sevincinə görə üzr istədi

Qol sevincinə görə üzr istədi
DÜNYA FUTBOLU 13 Sentyabr 2026 / 17:28 310
-  A +

"Monako"nun 20 yaşlı hücumçusu Paris Brunner "Strasburq"la oyunda etdiyi qol sevincinə görə yaranan qalmaqala münasibət bildirib.

QOL.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmada Brunner 72-ci dəqiqədə komandasının qolunu vurub. O, azarkeş tribunalarının qarşısında qol sevincini qeyd edərkən baş barmağını boğazının önündən keçirib. Bu jest futbolçunun kəskin tənqid olunmasına səbəb olub.

Brunner daha sonra sosial şəbəkə hesabında paylaşım edərək hərəkətinə görə üzr istəyib:

"Strasburqda nəticədən məyusam, amma komandanın reaksiyası ilə fəxr edirəm. Qolumdan sonra etdiyim sevincə gəlincə, heç kimə hörmətsizlik etmək istəmədiyimi açıq şəkildə bildirmək istəyirəm. Əgər bu hərəkətim kiminsə hisslərinə toxunubsa, üzr istəyirəm. Emosiyaların təsiri altında idim. Bu jest düzgün deyildi və belə etməməli idim. Dəstəyiniz üçün təşəkkür edirəm".


Qarabağ FK
Son xəbərlər
topaz banner