Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı

Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
DÜNYA FUTBOLU 13 Sentyabr 2026 / 21:07 399
-  A +

Niderlandın ikinci divizionunda 5-ci turu çərçivəsində keçirilən “Eyselmeervogels” - GVVV matçı futbolçunun hücuma məruz qalması səbəbindən yarımçıq dayandırılıb.

QOL.az xəbər verir ki, “De Gelderlander” nəşrinin məlumatına görə, insident ilk hissədən sonra tribunaların altındakı tuneldə baş verib. “Eyselmeervogels”in müdafiəçisi Kyeremo Dyumaya üzündən zərbə endirilib.

Bundan sonra “Eyselmeervogels”in futbolçuları matçı davam etdirməkdən imtina ediblər. Qarşılaşma dayandırılan zaman GVVV 2:0 hesabı ilə öndə olub.

Dyumayın sözlərinə görə, ona hücum edən şəxs GVVV-nin baş məşqçisinin köməkçisi Yon van Bekering olub. Futbolçu xəstəxanaya müraciət edib və hadisə ilə bağlı polisə ərizə yazıb.

Qeyd edək ki, Dyumay 2026-cı ilin yayında “Eyselmeervogels”ə keçib. O, 2022-ci ildən GVVV-də çıxış edirdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner