Kamran Ağayevə...

Kamran Ağayevə...
YAZARLAR 3 Oktyabr 2016 / 11:54 12889
-  A +

31 yaşı var. Karyerasının bəlkə də ən gözəl dövrü geridə qalıb. Amma irəlidə də ola bilər. Cəmi bir həftə əvvəl “Portu” ilə oyunda etdiyi bir kobud səhvə görə adama o söz qalmadı deməsinlər. Dünən bir penalti qaytardığı üçün tərifin uzunluğu az qala Bakıdan "Boavişta"nın təmsil etdiyi Portuya gedib çatıb.

Nə isə. Biz belə dünyada yaşayırıq...  İstəyəndə göyə qaldırırıq, istəyəndə ordan endiririk.

***

4 il əvvəl Braqa şəhərindəki möhtəşəm oyunu heyran etmişdi məni. Ronaldonun da oynadığı Portuqaliya komandasının vurduğu neçə-neçə qarşısıalınmaz zərbəni dəf etmişdi. 3:0 bitmişdi həmin oyun. Kamran olmasaydı, 7:0 da ola bilərdi.

Hələ o vaxt və ondan əvvəl Avropada ən pis halda ortabab bir klubda oynamalı idi. Amma burda oyun-oyun oynayırdılar. Səhvi var idi, yox idi, başqa söhbətdi. Günün birində çıxış etdiyi klubun rəhbərliyinin beyninə nə verdisə, adamı əsas komandadan xaric edib bir neçə ay futbolsuz qoydular.

Karyerasının yaxşı vaxtı idi… Ciddi zərbə oldu onun üçün.

Üstündən xeyli keçib. İndi nə deyəsən?

Yenə Kamran oynayır. Onu futbolsuz qoyanlar hardadı, bilən yoxdu.



***

“Bakı”, “Kayserispor”, “Karşıyaka”, “İnter”… Son illər uğursuz çıxış etdiyi klubların siyahısıdır. Görün, vəziyyət hansı həddə gəlib çatmışdı ki, cəmi iki ay əvvəl “Sumqayıt”la müqavilə bağlamaq məcburiyyətində qalmışdı. Tanrı üzünə güldü, bəlkə də rəhmi gəldi. Ondakı istedadın boş-boşuna məhv olub getməsinə qıymadı. Qəfil nə baş verdisə, birdən Portuqaliya klubuna keçdi. Kimin əziyyəti olubsa, “sağ ol” deyirik. Azərbaycanın futbol bataqlığından çıxarıb Avropanın ən güclü çempionatlarından birinə göndərdilər.

Azərbaycanda heç bir futbolçu yatsa, yuxusunda da görə bilməzdi bunu.

Böyük bir şans yaranıb. İşləri də hələ ki, pis getmir.

Əsas odur meyxana mühitindən uzaqlaşıb.

Əsas odur, gec də olsa, Azərbaycanın “futbol xəstəxanası”ndan çıxıb sağlam bir futbol ölkəsinə düşüb…

Bir futbolçü üçün daha nə lazımdır ki?

Bundan sonra ancaq oynamaq. Futbolla yaşamaq. Futbolla nəfəs almaq.

Özünü sübut et, Kamran.

Sən bacararsan!

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər