Mən Kriştiano Ronaldonu ilk dəfə məhz bu stadionda canlı görmüşdüm.
2012-ci il idi.
Karyerasının ən parlaq çağında CR7 və komandası Braqanın qeyri-adi görkəmə malik - qaya ətəyində tikilən “Estádio Municipal de Braga” arenasında Azərbaycan millisinə qarşı oynamış və 3:0 hesablı qələbə qazanmışdı. Amma bizimkilər həmin matçı heç də 90 dəqiqəlik qarşılaşmada deyil, artıq bir gün əvvəl o vaxtkı baş məşqçi Berti Foqtsun mətbuat konfransı zamanı uduzmuşdu. Almana sual verəndə ki, “sabahkı oyunda hədəfiniz nədi” , qorxaqca demişdi ki, “biz bura xal qazanmağa gəlməmişik”.
Bir məşqçi tərəfdən oyuna çıxmadan uduzmağı qəbul etmək, futbolçusuna qələbə yox, məğlubiyyət psixologiyası aşılamaq demək idi bu…
Və 2 gün əvvəl həmin bu Braqanın stadionunda Qurban Qurbanova da biz tərəfdən bənzər sual ünvanlandı. Bir iradəli insana, əsl idman adamına xas məğrurcasına cavab verdi: bəli, rəqib kağız üzərində bizdən güclüdür, amma “Qarabağ” ondan zəif olduğunu qəbul etmir…
Qarşısında Avropanın ən güclü 7-ci liqasından birinin öncül komandalarından biri olsa da.
Və indi bu tabloya - qaya üzərindəki tabloya, orada əks olunan yekun nəticəyə diqqətlə baxın. Sonra bir də baxın. Sonra yenə baxın.
Necə deyərlər, daşın qayaya rast gəlməsi bax belə olur!
Özünə, öz komandana, öz klubuna inamın, ən vacibi öz ölkənə və xalqına sevgi, şərəflə xidmətin nəticəsi bax belə olur!
Sağ ol, hoca!
***
Birgə səfər etdiyimiz uzun təyyarə yolçuluqları zamanı bəzən müxtəlif mövzularda söhbət etmək imkanımız olur. Bir işdən danışanda yekunda bu sözü hər dəfə deyir: uğur üçün gərək birinci ölkənə sevgin ola, tək özünü yox, başqalarını - sənə inanan insanları da düşünəsən. Dünən “Braqa” üzərindəki o tarixi qələbənin mayası da elə Qurban Qurbanovun bu sözləri ilə yoğrulub.
İşinə, ölkənə, xalqına sevgi ilə…
Bu sevgi olanda “Qarabağ” olursan.
Olmayanda AFFA!
***
Və mən niyə Braqadakı qələbəni tarixi adlandırdım? Çünki Azərbaycan futbolda ilk dəfə bir Portuqaliya komandası üzərində qələbə qazanırdı. Bu qələbənin başqa bir səbəbkar(lar)ı həm də tribunalara toplaşan 200 yaxın vətənpəvər azərbaycanlı idi. Bakıdan, Avropanın müxtəlif şəhərlərindən, hətta uzaq Amerikadan “Qarabağ”a dəstək olmağa gələnlər idi. Və bir an o 200-ə yaxın azərbaycanlı “Qarabağ” sədaları ilə tribunadakı 14 minə yaxın portuqaliyalının səsini batırmağı bacardı…
Bu o deməkdir ki, ölkəni düşünəndə, ölkəni sevəndə, ölkənə kişi oğlu kişi kimi xidmət edəndə sən olursan əsl AZƏRBAYCANLI.
Bu o deməkdir ki, azərbaycanlı olanda Qarabağı, işğal olunmuş bütün torpaqları geri alırsan.
Bu o deməkdir ki, Avropada avropalının səsini batırırsan.
Bu o deməkdir ki, canını, ürəyini ortaya qoyanda Qarabağ Azərbaycandır sözlərindəki o nidanı sanki bir zəfər bayrağı kimi yad eldə belə meydanın düz ortasına sanca bilirsən!
Meydançanın düz ortasına. Onda olursan o meydanın ağası…
Onda olursan, “Qarabağ”.
Onda olursan, Qurban Qurbanov.
Onda olursan AZƏRBAYCANLI…
Aydın Bağırov
P.S. Braqa şəhərində gördüklərimlə bağlı təəssürat yazım tezliklə saytımızda yayımlanacaq.
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi