İstanbul derbisində "Fənərbaxça" qələbə qazandı

İstanbul derbisində "Fənərbaxça" qələbə qazandı
DÜNYA FUTBOLU 27 Aprel 2024 / 22:00 4834
-  A +

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

QOL.az xəbər verir ki, 34-cü turda "Fənərbaxça" evdə "Beşiktaş"ı qəbul edib. Şükrü Saracoğlu adına stadionda keçirilən oyunda "Fənərbaxça" 2:1 hesabı ilə qalib gəlib. Görüşün baş hakimi Volkan Bayarslan olacaq.

Bu komandalar arasında keçirilən son matçda "Fənərbaxça" 3:1 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Fənərbaxça" 89 xalla 2-ci, "Beşiktaş" isə 51 xalla 5-cidir 

Türkiyə Superliqası, 34-cü tur

"Fənərbaxça" - "Beşiktaş" - 2:1

Qollar: Batşuayi, 30 (1:0), Kahveci, 69 (2:0), Tosun, 82 (2:1)
Qırmızı vərəqə: Al-Mursati, 25 ("Beşiktaş")

Baş hakim: Volkan Bayarslan

Şükrü Saracoğlu adına İdman Kompleksi


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə