Konte "Napoli"yə "hə" dedi

Konte "Napoli"yə "hə" dedi
XƏBƏR 27 Aprel 2024 / 11:59 1415
-  A +

"İnter"in və İtaliya millisinin sabiq çalışdırıcısı Antonio Konte "Napoli"yə rəhbərlik etməyə hazırdır.

QOL.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 54 yaşlı mütəxəssis klubla 3 illik müqavilə imzalamağa razılaşıb. Bildirilir ki, Konte illik 6,5 milyon avro maaş alacaq. O, həm də "Napoli"nin transfer siyasətini qəbul etməyə hazırdır. Məşqçinin fikrincə, "Napoli"nin hazırkı heyəti uğur qazanmaq üçün kifayət edir.

Xatırladaq ki, Antonio Kontenin son iş yeri “Tottenhem” olub. Mütəxəssis 2021-2023-cü illərdə İngiltərə klubuna rəhbərlik edib. Məşqçilik karyerası ərzində Konte 8 titul qazanıb. O, bunlardan 5-ni “Yuventus”la, 1-ni “İnter”lə, 2-sini isə “Çelsi” ilə əldə edib.

Əlavə edək ki, "Napoli" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 8-ci yerdədir. Komanda 33 oyundan sonra 49 xal toplayıb.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə