"Lester" Premyer Liqaya qayıdır

"Lester" Premyer Liqaya qayıdır
XƏBƏR 27 Aprel 2024 / 11:20 3720
-  A +

İngiltərə Çempionşipində mübarizə aparan "Lester" növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq.

QOL.az xəbər verir ki, bu, ötən gecə "Quins Park Reyncers" - "Lids" görüşündən sonra dəqiqləşib. "Lids" bu oyunda 0:4 hesabı ilə uduzub. Nəticədə hazırda 94 xalla lider olan "Lester"in mövsümün sonunadək 2-ci pillədən aşağı düşməyəcəyi məlum olub. 

Komanda növbəti mövsüm Premyer Liqada çıxış edəcək.

Qeyd edək ki, "Lester" İngiltərə Premyer Liqasının ötən mövsümünün nəticələrinə görə Çempionşipə enmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner