Azərbaycan milli komandası tarixinin ən ağır dönəmini yaşayır.
Avro-2024-ün ilk 2 oyununda uduzmuş və 9 qol buraxmışıq.
9 qol…
Qapımızdakı qol sayına görə seçmə mərhələnin 53 iştirakçısı arasında 2-ciyik. 1-ci yerdə Lixtenşteyndir (11 qol)… Bu doqquz qol, necə deyərlər, həm də bizim futbol və idman sistemimizin “doqquzluğu”na vurulub. Yəni artıq yetər, bəsdi, tədbir görün.
Dərhal, təxirə salınmadan əvvəl Azərbaycan millisinin, sonra da AFFA-nın rəhbərliyi dəyişməlidir. Baş məşqçi Canni de Byazinin müqaviləsi təzminatı ödənilməklə olsa belə, ləğv edilməlidir. Nə vaxtsa İtaliyada, Albaniyada lokal uğurlu işi ola bilər. Amma bizdə olmur, alınmır, alınmadı. Yanlış oyunçu seçimləri, uğursuz taktiki düzülüşlər… Bu boyda rəsmi oyunlarda müdafiə xəttində o eksperiment qalmayıb ki, aparmasın. Bu da nəticəsi…
9 qol…
Mütəxəssislər narazı, media narazı, azarkeşlər narazı, hətta milinin üzvü olan futbolçular belə narazıdır. Komanda daxilində de Byaziyə inam, etimad, hörmət qalmayıb. Amma AFFA rəhbərliyi, daha dəqiqi, Elşad Nəsirov-Elxan Məmmədov cütlüyü, onlara sadəlövhcəsinə inanan Rövnəq Abdullayev saymazyana şəkildə italiyalının millidə qalması üçün bir neçə ay əvvəl hər şeyi etdilər. Yerli mütəxəssislərin hamısının üstündən xətt çəkib, hədəfə çatmayan nəticələrin olmadığı halda onunla müqaviləni artırdılar.
Yerli mütəxəssis…
Qurban Qurbanovu hələ bir kənara qoyaq. De Byazidən yaşca və təcrübəcə xeyli kiçik olan bizim Ayxan Abbasovun məhdud maddi imkanlarla bir zamanlar Sumqayıt, indi isə Tovuz futbolu üçün etdikləri fədakarlığa baxın, bir də Canni de Byazinin bacarıqsızlığına…
Amma AFFA təcrübədən bilə-bilə ki, legioner modeli Azərbaycan millisinə uyğun deyil, sanki hamının acığına italiyalını millidə saxladı. Nəticə nə oldu? Bəli, 2 oyuna buraxılan bu
9 qol…
Amma gedişat onu göstərir ki, bu, heç yekun da deyil… Milli oyun, məşqçi işi baxımından xaosun içindədir. Nə zamansa tuneldə bir işıq görünürdü, indi o da yoxdur.
Sönüb.
Söndürüblər…
Aydın Bağırov
Virtz "Bayer"də qalır
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı