“Zirə” “Makkabi”yə birinci mərhələdə uduzur, deyirlər, israillilərə uduzmaq olar. Çünki onlar güclüdürlər.
“Qəbələ” “Fehervar”a uduzur, deyirlər, ona da uduzmaq olar. Çünki büdcələri macarlardan zəifdir.
“Neftçi” “Rapid”ə uduzur, deyirlər, komanda yenilənir, faciə zad baş verməyib, onlara da uduzmaq olar.
Amma bu 3 klubdan cəmi 1-i Konfrans Liqasında mərhələ keçir, özü də 1 mərhələ, yəni rəzil nəticə, kütlə sanki bunu da görmür.
Həmin “Rapid”ə lilipud Lixtenşteynin komandası Vyanada qalib gəlib Konfrans Liqasının qrupuna vəsiqə qazanır, yenə danışan yox. “Neftçi”nin rəhbərliyindən soruşan olmur ki, ay futbol zəliləri, bu necə olur, yarıhəvəskar, büdcəsi də səndən 10-15 dəfə az olan bir klub həmin “Rapid”ə qalib gəlir, sənsə uduzursan və bu qədər geniş maddi, texniki və yaradıcı imkanla 2 mərhələ belə keçməyə ağlın, bacarığın, gücün və təpərin çatmır.
Amma yox, mövzu ki “Qarabağ”a gəlir, Qurban Qurbanova çatır, bax onda “Neftçi”nin rəhbərliyi qarşısında quzuya dönənlər çönüb olurlar “cəsarət simvolları”, şir, əjdaha… Tələb edirlər ki, “Çempionlar Liqasında 3 mərhələ adladın, bu azdır, belə gücün vardısa, ÇL-də qrupa da düşərdin”.
Mən Filip Ozobiçin fikrinə qatılıram. “Qarabağ” “Viktoriya”dan üstün idi. Amma məlum səhvlər ucbatından komanda yalnız Avropa Liqasının qrupunda oynayacaq. Çempionlar Liqası olmasa da, yenə çox samballı yarışda. Futboldan həqiqi anlayışı olanları isə ən çox məyus edən “Qarabağ”ın “Viktoriya” kimi layiqli və səviyyəli rəqibə uduzması yox, məhz onlardan üstün olduğu halda uşaq səhvlərinə görə uduzması idi.
Yoxsa nəinki 1:2, rəqib səndən üstün olubsa, 0:4, 0:5 hesablı məğlubiyyəti də qəbul etməyi bacarmaq lazımdır. Yetər ki, o rəqib sonra gedib “Barselona”, “Bavariya”, “İnter” kimi divlərlə oynayıb onlara uduzsun, daha “Vadust” kimi məhəllə-kənd komandasına deyil.
O ki qaldı Şahruddin Məhəmmədəliyevə, ona deyəcəyim bir söz var: möhkəm ol, kişinin və idmançının başına iş gələr!
Aydın Bağırov
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu