(Millimizin davamlı məğlubiyyətlərinə qısa sözardı)
Həmkarım Mahir Rüstəmli bir yazısında ürəkyanğısı ilə AFFA-nın açmasını obrazlı şəkildə Azərbaycan Futbolunun Faciələrinin Atası kimi təqdim etmişdi.
Onda hələ 1990-cı illərin sonları, 2000-ci illərin əvvəli idi. Və federasiyaya da keçmiş komsomolçu, daha çox diktator metodları ilə tanınan Fuad Musayev rəhbərlik edirdi. Millinin uğursuz çıxışları hamının canını boğazına yığmışdı. Bir yerlərdən knopka basılandan sonra rəhmətlik Ələkbər Məmmədov, AFFA İcraiyyə Komitəsinin hazırkı üzvü İsgəndər Cavadov, “Turan”ın prezidenti olmuş Vidadi Əhmədov, adı FİFA referiliyindən çıxandan sonra üsyana qalxan Tahir Süleymanov zühur edərək xorla başladıllar ki, bəs, Musayev getməlidir, yerinə isə biz gəlib futbolu düzəltməliyik.
Düzəltdilər hə…
Musayevi devirib yerinə futbol adamı olmayan zavod direktoru Ramiz Mirzəyevi gətirdilər. O da gedib milliyə məşqçi kimi ciddi bir uğuru olmayan braziliyalı Karlos Alberto Torresi gətirdi. Milliyə elə zərbə vurdular ki… İsrailə 0:6, Polşaya 0:8 hesablı rüsvayçı məğlubiyyətlər.
Amma sonrakıların – yenə bir zamanların zavod direktoru Rövnəq Abdullayevin, müavini Elşad Nəsirovun, Nəsirovun adamı Elxan Məmmədovun futbolumuza vurduğu zərbə əvvəlki rəhbərliyin zərbəsindən daha ağır, daha betər və sağalmaz oldu. Bunlar 13 ildir futbolumuza rəhbərlik edirlər. Bu 13 ildə dövlətin şirkəti SOCAR-dan təkcə AFFA və milli komandalara azı 300-400 milyon manata qədər fantastik vəsait xərclənib. Və 13 ildəki fəaliyyətin, o qədər də pulun müqabilində 2021-ci ildəki Azərbaycan millisinin nəticəsinə baxın: 1 xal. 5 oyuna 1 xal. Bəli, cəmi-cümlətanı 1 xal.
İndi isə növbəti cümləni diqqətlə oxuyun ki, şoka düşəsiniz. Liliput ölkələrin bu seçmə mərhələdə topladığı xallara diqqət edin: Lüksemburq 6 xal, Farer adaları, 4 xal, Malta 4 xal, Andorra 3 xal… Andorra e... Hətta o da bizdən çox xal qazanıb. Hesablasan bu 13 ildə hamısı birgə bizim kimi 300-400 milyon nədi, 1 milyonu heç yuxularında da görməyiblər. Öz qrupunda daha artıq - 10 xal toplayıb, ikinci olan bir komanda da var. Ermənistan. 44 günlük Vətən Müharibəsində diz çökdürdüyümüz ölkənin millisi…
Nəticələrə baxırsan, bir zamanlar heç nəyi olmayan, daha çox UEFA-nın yardımı ilə AFFA-nı, milli komandanı ayaq üstə saxlamağı bacarmış Fuad Musayev yada düşür. Ona Allahdan rəhmət rəhmət diləyib, indiki milyonçu futbol rəhbərlərinə üz tutub soruşuram: utanırsız heç?..
Aydın BAĞIROV
[email protected]
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi