- Zəhmət olmasa, dayanın! Temperaturunuzu ölçməliyəm.
Tofiq Bəhramov adına stadionun qapısında duran “Qarabağ” klubunun mühafizəçisi əlindəki elektron qızdırmaölçən aparatı “Makarov” tapançası kimi alnıma dirəyir. Onda lap Hollivudun boyevik filmləri gözümün önündə canlanır. Zarafatla deyirəm ki, qardaş, tətiyi də çək, işini bitir. Gülərək cavab verir ki, keçə bilərsiniz, qızdırmanız normasındadır: 36.4.
Görün, koronavirus deyilən və bütün bəşəriyyəti barmağına dolayan bir xəstəlik dünyanın nizamını necə pozub, bizi hansı tragikomik bir duruma gətirib. Əvvəl, əvvəl deyəndə ki, 5 ay öncəyə kimi azarkeş bilet, jurnalist vəsiqə (akkreditasiya) ilə stadiona girirdi, indi isə... Fanatlar ümumiyyətlə, ora buraxılmır, klub rəsmisi, oyuna təhkim olunmuş şəxslər və jurnalistlər isə birinci alnını, ya da biləyini göstərib stadiona daxil olur. Yəni qızdırmanı ölçəcəklər və əgər işdi, aparatda 36.4, yaxud 36.9 deyil, 37 yazılsa, sənə “xoş gəldin” yox, “xoş getdin” deyib xəstə insanlar kimi yola salacaqlar ki, virus daşıyıcısı ola bilərsən!
Qınamalı deyil heç kimi. Hamı məcburiyyətdən, bir-birini qorumaq naminə görməməli olduğu işi görür, deməməli olduğu sözü deyir, istəmədiyi qaydaları tətbiq edir. Və o qaydalar futbolda da olduğu üçün dünən tribunada əyləşməli olan azı 20 min azarkeş matçı TV-də seyr etdi.
“Qarabağ” Çempionlar Liqasının birinci mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasını qəbul edirdi. Qəbul edirdi deyəndə ki, tribuna bomboş oldusa, yerli kimdir, qonaq kimdir, bunun meydan sahibi üçün bir mənası da qalmır. Futbolçunu, məşqçini həvəsləndirən, qızışdıran ilk növbədə azarkeşin səsi, nəfəsidir. Amma bunlar yox idi. Ona görə də “Tofiq Bəhramov”da hər yeri sakitlik, sanki hüzn bürümüşdü.
Bu quru, darıxdırıcı, Ağdam klubuna dəstəksiz mənzərə isə qonaqlarda kiçik bir qələbə ümidi yaratmışdı. O dərəcədə ki, “Sileks”in bizim media tribunasına qonşu sektorda oturan 2-3 nəfər nümayəndəsi cuşa gələrək bütün oyunboyu yorulmadan danışdılar-qışqırdılar, qışqırdılar-danışdılar. Yəni 30 minlik, amma əslində cəmi 300-400 nəfərin olduğu stadionda bu cənabların öz dilində nəsə danışmasını, bəzən hakimə deyinməsini eşitməyən qalmadı.
***
“Qarabağ”ın 4:0 hesablı qələbəsi layiqli və gözlənilən idi. Amma azarkeş olmayan matçda qazanılan uğurun ləzzəti də əvvəlki kimi olmur. Qələbə qazanıb ÇL-in finalına çıxan PSJ də istədiyi kimi sevinə bilmir, həmin yarışda ikinci mərhələyə adlayan “Qarabağ” da. Futbolda tətbiq edilən məlum qaydalar səbəbindən qələbənin yaratdığı coşqu, aura parça-parça olaraq hissələrə bölünüb gedib. Futbolçu qol vurur, sevincini bölüşməyə tribunada bir nəfər belə azarkeş tapmır. Və bu, bizim gördüyümüz, baxıb sevdiyimiz həmin futbol deyil.
O futbol bitdimi yoxsa?
Aydın BAĞIROV
“Barselona” səfərdə darmadağın edildi - Video
“Şamaxı” 3 xalı 1 qolla qazandı - Video
“Səhvlərimizi etiraf edirik“ - Kaxaber Sxadadze
“Sabah”ın oyunçusunun bel sümüyü sındı
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
“Eyüpspor” Selçuk Şahinlə yollarını ayırdı
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır
“Sabah” və “Şamaxı” səfərdən 3 xalla qayıdır
“Qalatasaray”ın müdafiəçisi 3-4 həftə oynaya bilməyəcək
“Sabah”ın səfər qələbəsi - Video
Valdas Dambrauskas: “Oyunboyu dominant tərəf biz idik“
Mbappe Azərbaycan millisi ilə oyunu buraxa bilər
Qəbələdə heyətlər açıqlandı
Noyer Müllerin rekorduna şərik oldu
Millimizin Avropa çempionatı üçün yekun heyəti
Arne Slotdan antirekord
"Karvan-Yevlax" - "Sabah": Heyətlər
U-19 millimiz Özbəkistanla qarşılaşacaq
"Araz-Naxçıvan" Naxçıvana gedir
U-21 millimizin də heyəti açıqlandı
Voleybol millimizin rəqibləri bilindi - Avropa çempionatı
"Kopenhagen"ə qol vuracağıma inanırdım" - Emmanuel Addai
III MDB Oyunlarında günün proqramı
"Real"ın növbəti qələbəsi - Video
Millimizin üzvü oynadı, komandası uduzdu
Ağlasığmaz təklif
Yaşar Sultanov vəfat edib
“Bavariya” 3 xalı 3 qolla qazandı - Video
Azərbaycan cüdoçularından 21 medal - III MDB Oyunları
İstanbul derbisində 2 qol, 1 qırmızı vərəqə - Video
“Traktor” yenə qələbə qazana bilmədi
“Çelsi” “Liverpul”u məğlub etdi - Video
AFFA prezidenti millimizi təbrik etdi
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”
Mixal Bilek: “Azərbaycan millisi çox müdafiə olunacaq”
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi