2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının iştirakçılarının yer aldığı səbətlər müəyyənləşib.
QOL.az xəbər verir ki, səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.
Kimə kimə rəqib olacaq?
Qeyd edək ki, pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində ikinci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının dörd Liqa qalibidir (hansı ki, Avropa kvalifikasiyasında öz qruplarını ikinci yerdən aşağıda başa vurublar).
Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə "səpələnmişlər" və "səpələnməmişlər" səbətində yer alan bir komanda iştirak edir. 1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq.
"Səpələnmiş" komandalar yarımfinal pley-off oyunlarını öz meydanlarında keçirəcəklər. Yarımfinal cütlüklərinin qalibləri finala vəsiqə qazanacaq. Hər pley-off finalı üçün əvvəlcədən lotereya keçiriləcək və qaliblərdən hansı komandanın öz meydanında oynayacağı müəyyən ediləcək.
Püşkatma nə vaxtdır?
Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək. Pley-off oyunlarının püşkasma mərasimi 20 noyabrda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü