Bu gün DÇ-2026-nın seçmə mərhələsində Avropa zonası üzrə qrup oyunlarına yekun vurulub.
QOL.az xəbər verir ki, son gündə 5 qrupda 10 matç keçirilib.
E qrupunda Türkiyə İspaniyanın qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Beləliklə, İspaniya 16 xalla qrup birincisi kimi dünya çempionatında iştirak edəcək. Türkiyə yığması 13 xal toplayıb və DÇ-2026-ya düşmək üçün pley-off oynayacaq.
C qrupunda Şotlandiya Danimarkanı 4:2 hesabı ilə üstələyib. Gərgin keçən oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri 90+3 və 90+9-cu dəqiqədə vurduğu qollarla vacib qələbə qazamaraq xallarını 13-ə çatdırıb. Komanda qrup lideri kimi mundiala yollanır. Danimarka 11 xalla ikincidir və pley-off oyunlarında iştirak edəcək.
B qrupunda İsveç Sloveniya ilə, Kosovo İsveçrə ilə 1:1 hesablı heç-heçə edib. Nəticədə İsveçrə (14 xal) B qrupunda birinci yeri tutaraq dünya çempionatına birbaşa vəsiqə qazanıb. Kosovo (11 xal) isə ikinci yeri tutaraq pley-off mərhələsində mübarizə aparacaq.
H qrupunda Avstriya Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edib. Rumıniya isə San-Marinonu 7:1 hesabı ilə üstələyib. Beləliklə, Avstriya 19 xal toplayaraq qrup birincisi kimi dünya çempionatına vəsiqə qazanıb. 17 xalı olan Bosniya və Herseqovina pley-offda iştirak hüququ əldə edib.
J qrupunda hər iki oyunda darmadağın hesabı qeydə alınıb. Bekçika Lİxtenşteyni 7:0, Uels Şimali Makedoniyanı 7:1 hesabı ilə məğlub edib. Belçika 18 xalla qrup lideri kimi mundiala birbaşa vəsiqə qazanıb. 16 xalı olan Uelas isə pley-off oynayacaq.
DÇ-2026, seçmə mərhələ
18 noyabr
B qrupu
23:45 İsveç – Sloveniya - 1:1
Qollar: Lundqren, 87 – Elsnik, 64.
23:45 Kosovo – İsveçrə - 1:1
Qollar: Musliya, 74 – Varqas, 47.

C qrupu
23:45 Belarus – Yunanıstan - 0:0
23:45 Şotlandiya – Danimarka - 4:2
Qollar: Maktominey, 3. Şenklend, 78. Tirni, 90+3. Maklin, 90+9 – Höylund, 57-pen. Dorqu, 82.

E qrupu
23:45 İspaniya – Türkiyə - 2:2
Qollar: Olmo, 4. Oyarsabal, 62 – D.Gül, 42. S.Özcan, 54.
23:45 Bolqarıstan – Gürcüstan - 2:1
Qollar: Rusev, 10. Krastev, 24 – Loxoşvili, 88.

H qrupu
23:45 Avstriya – Bosniya və Herseqovina - 1:1
Qollar: Qreqoriç, 78 – Tabakoviç, 12.
23:45 Rumıniya – San Marino - 7:1
Qollar: D.Rossi, 13-öz qapısına. Bayaram, 29. Man, 42. Valentini, 57-öz qapısına. Haci, 76. Ratiu, 82. Munteanu, 86-pen – Cakopetti, 2.

J qrupu
23:45 Belçika – Lixtenşteyn - 7:0
Qollar: Vanaken, 3. Doku, 34; 41. Mexele, 52. Salemakers, 55. De Keletare, 57; 59.
23:45 Uels – Şimali Makedoniya - 7:1
Qollar: H.Uilson, 18-pen; 75; 81-pen. Bruks, 21. B.Conson, 37. D.Ceyms, 75. Brodhed, 88 – Miovski, 23.

"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı