Haiti futbol millisi yarım əsrlik fasilədən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Komanda KONKAKAF zonasında son turda Nikaraquaya qalib gələrək (2:0) C qrupunu birinci yerdə başa vurub. Haiti son dəfə mundialda 1974-cü lldə oynamışdı.
QOL.az xarici KİV-lərə istinadən xəbər verir ki, komanda bunu ölkədə hökm sürən dərin siyasi böhran, təhlükəsizlik xaosu və bu səbəbdən stadionsuz qalmasına baxmayaraq bacarıb.
2021-ci ildə prezident Jovanel Moizin qətlə yetirilməsindən sonra Haiti ard-arda zorakılıq dalğalarına qərq olub. Paytaxt Port-o-Prensin 85 faizə yaxını hazırda silahlı qruplaşmaların nəzarətindədir.
2024-cü ilin martında isə silahlı qruplaşmaların milli stadionu ələ keçirməsi yığmanı tamamilə ev oyunlarından məhrum edib. Haiti millisinin son dəfə doğma meydanda keçirdiyi matç 2021-ci ilin iyuluna təsadüf edir.
Bütün seçmə mərhələni səfərlərdə keçirməyə məcbur olan Haiti futbolçuları çətinliklərə baxmayaraq tarixi uğura imza ataraq mundiala ikinci dəfə qatılmaq hüququ qazanıblar.
Komanda bu müddətdə ev oyunlarını Kurasoda keçirib.
Yuxarı
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü