Əvvəlcə komandanı bütün peşəkar klublar kimi çarter deyil, Bakı-İstanbul-Kişinyov adi sərnişin reysi ilə Moldovaya yola salırlar. Əziyyət çəkə-çəkə 9 saata ünvana çatırlar.
Bu qədər uzun yolçuluq və yorğunluq futbolçuları qətiyyən ruhdan salmır, ertəsi günü layiqli qələbə qazanıb, yenə də eyni əziyyətlə bura qayıdırlar. Onlar havadaykən bizim futbol dühalarımız başlayırlar qələbəyə kölgə salmağa ki, "Neftçi" "küçə komandası"nı (oxu – “Sperantsa"nı) udub.
Biz azərbaycanlıların kimisə "küçə komandası" adlandırması da taleyin başqa bir ironiyasıdır. Yadıma 2018-ci il düşür. Təkcə bu bir ildə iki klubumuz avrokubokda Malta və Lüksemburq təmsilçilərinə biabırçı nəticəylə məğlub olaraq mübarizəni dayandırıb, əsas millimiz isə Malta yığmasını uda bilməyib.
Malta və Lüksemburqu...
Yəni ofisiant və santexniklərdən təşkil olunmuş həvəskar komandaları. Elə bu faktlar kifayətdir deyək ki, olmayan uğurlarımızın arxasında gizlənib, yekəxanalığımızdan, başqalarını aşağılamaq şakərindən əl çəkməliyik. Və başqa bir ayıbımıza kor olmayıb soruşmalıyıq ki, milyonlarla büdcəsi olan klubun sahibləri, rəhbərliyi öz məşqçilərini, futbolçuları, texniki personalı uzaq səfərə gedərkən niyə bu qədər əziyyətə salır?
***
Avroliqanın ikinci mərhələsində “Arsenal”la oyuna da “Neftçi” bir zülmlə gedib çıxır. Yenə adi, sərnişin reysi ilə. Daha da pisi AZAL-dan qaynaqlanan problem səbəbindən komanda Bakıda 6 saat gözləmək də daxil Tula şəhərinə hardasa 11-12 saata çatır. Oyuna bir gün qalmış. Matç öncəsi normal məşq keçə bilmir. Psixoloji və fiziki yorğunluq da bir tərəfdən. Amma Roberto Bordin həqiqətən güclü mütəxəssisdir ki, qısa zamanda komandasını toparlaya bilir. Nəhayət, bütün “Neftçi” komandası başda Bakıdan Tulaya getmiş sədaqətli fanatlarının da dəstəyi ilə əsl əzmkarlıq və fədakarlıq nümayiş etdirərək Rusiyada əla bir qələbə qazanır. Fanatlar məhz belə - güclü, üst səviyyəli “Neftçi”nin qayıtmasını neçə il idi gözləyir və arzulayırdı. Belə oyunla “Neftçi” doğrudan da elə bu mövsüm Avropa Liqasının qrupunda yarışmağı haqq edir.
Parlaq qələbədən sonra isə “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Feysbukda sevincək halda bunları yazır:
“Arsenal - Neftçi 0 : 1
Hamini təbrik edirəm! Sabah xüsusi təyyarə "Neftçi" üçün uçacaq!”
Sonuncu cümləni bir də oxuyun: sabah xüsusi təyyarə "Neftçi" üçün uçacaq!”
Bəlkə də bu, “Neftçi”nin sponsorunun qələbəyə görə mükafat olaraq etdiyi jestdir. Yaxşı, amma bir o qədər də gecikmiş addımdır. Çünki xüsusi təyyarə “Neftçi”yə qayıdanda deyil, məhz gedəndə lazım idi.
Bir klubun uğuru üçün futbolçuların, məşqçilərin rahatlığı da hər şeydən öndə gəlir. Daha da önəmlisi odur ki, Tulaya çarter reysi üçün 70-100 min dollar arası pul ayırmağa “Neftçi” klubunun büdcəsi də imkan verirdi. Amma ilk iki səfərdə klub, yaxud sponsor xəsislik etdi. Yaxşı ki, uzun yolçuluq və yorğunluq sırf məşqçi və futbolçuların iradəsinə görə komandanın nəticələrində özünü mənfi yöndən göstərmədi. Hərçənd əgər “Arsenal” səddi adlanarsa, “Neftçi” bütün səfər oyunlarına yüksək adına, nüfuzuna, nəhayət, yeni qələbəyə görə xüsusi reyslə göndərilməlidir. Unutmayaq ki, uzun illərin uğursuzluğundan sonra “Neftçi” artıq yaxşı vəziyyətə düşür, Avropada uğuru davam etdirmək üçün yüksək potensial da var. Amma bundan sonra da xarici səfərlər zamanı xüsusi təyyarənin ayrılmaması bir tərəfdən haqlı olaraq biganəliyin davam etməsi kimi qəbul olunacaq, o biri tərəfdən isə komandanın çıxışına mənfi təsirini göstərəcək...
Aydın BAĞIROV
[email protected]
“Fənərbaxça” xal itirdi
“Barselona” səfərdə darmadağın edildi - Video
“Şamaxı” 3 xalı 1 qolla qazandı - Video
“Səhvlərimizi etiraf edirik“ - Kaxaber Sxadadze
“Sabah”ın oyunçusunun bel sümüyü sındı
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
“Eyüpspor” Selçuk Şahinlə yollarını ayırdı
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır
“Sabah” və “Şamaxı” səfərdən 3 xalla qayıdır
“Qalatasaray”ın müdafiəçisi 3-4 həftə oynaya bilməyəcək
“Sabah”ın səfər qələbəsi - Video
Valdas Dambrauskas: “Oyunboyu dominant tərəf biz idik“
Mbappe Azərbaycan millisi ilə oyunu buraxa bilər
Qəbələdə heyətlər açıqlandı
Noyer Müllerin rekorduna şərik oldu
Millimizin Avropa çempionatı üçün yekun heyəti
Arne Slotdan antirekord
"Karvan-Yevlax" - "Sabah": Heyətlər
U-19 millimiz Özbəkistanla qarşılaşacaq
"Araz-Naxçıvan" Naxçıvana gedir
U-21 millimizin də heyəti açıqlandı
Voleybol millimizin rəqibləri bilindi - Avropa çempionatı
"Kopenhagen"ə qol vuracağıma inanırdım" - Emmanuel Addai
III MDB Oyunlarında günün proqramı
"Real"ın növbəti qələbəsi - Video
Millimizin üzvü oynadı, komandası uduzdu
Ağlasığmaz təklif
Yaşar Sultanov vəfat edib
“Bavariya” 3 xalı 3 qolla qazandı - Video
Azərbaycan cüdoçularından 21 medal - III MDB Oyunları
İstanbul derbisində 2 qol, 1 qırmızı vərəqə - Video
“Traktor” yenə qələbə qazana bilmədi
“Çelsi” “Liverpul”u məğlub etdi - Video
AFFA prezidenti millimizi təbrik etdi
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”