2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi başa çatdı. Azərbaycan millisi bu tsikli da mənfi notlarla başa vurdu.
D qrupunda yer alan yığmamız ilk görüşündə Fernandu Santuşun rəhbərliyi altında İslandiyaya 0:5 hesabı ilə uduzdu.
Sonrakı matçlara isə Ayxan Abbasovun baş məşqçiliyi altında çıxan millimiz Ukrayna ilə 1 dəfə heç-heçə etdi (1:1), 1 dəfə uduzdu (1:2), İslandiya ilə də bacarmadı (0:2), Fransaya isə hər iki görüşdə yenildi (0:3, 1:3). Beləliklə, Azərbaycan millisi seçmə mərhələni cəmi 1 xalla tamamladı.
Lakin bu görüşlərdə müsbət məqamlar var idi. Komandadan xarakter, döyüşkən ruh nəzərə çarpırdı. Bundan başqa Ayxan Abbasovun milliyə yeni adları cəlb etməsini qeyd etmək olar. Həmin siyahıda Xəyal Əliyev ("Sabah"), Rüfət Abdullazadə ("Varazdin", Xorvatiya), Rüfət Abbasov ("Şamaxı") var.
Bəs hazırkı, milli ruhda olan yığmamız gələcək üçün nə vəd edə bilər? Ayxan Abbasovun da narazı qaldığı legioner limitinin aradan qaldırılması komandaya mənfi təsir göstərəcəkmi?
Bu barədə futbol mütəxəssisləri Yunis Hüseynov və Şahin Diniyev öz fikirlərini QOL.az saytına bölüşüblər.
Y.Hüseynov hələlik millidə heç bir dəyişiklik müşahidə etmədiyini bildirib: "Açığı, yaxşı bir şey görmədik. Nə nəticə, nə də oyun baxımından. Mən həmişə fikirlərimdə söyləmişəm ki, Azərbaycanda futbolçu qıtlığı var. Seçim şansımız azdır. Hər bir məşqçi gələndə mütəmadi olaraq milliyə dəvət olunan həmin 20-25 futbolçunu çağırır. Son vaxtlarda yeni futbolçular gördük. Amma yenə də nə Fernandu Santuşun dövründə, nə də indi bir dəyişiklik görünmədi".

O, millinin formalaşması və uğur qazaması üçün vaxta ehtiyac olduğunu vurğulayıb: "Əlbəttə, arzu edərdik ki, milli komandamız həmişə yaxşı oynasın və müsbət nəticələr qazansın. Lakin məncə, bunun üçün zaman lazım olacaq. Hələ çox vaxt lazımdır. Belə gedişlə nəticə əldə etmək çətin olacaq".
Mütəxəssis qeyd edib ki, legioner limitinin aradan qaldırılması milliyə mənfi təsir edir: "Daha əvvəl televiziyalarda da demişdim ki, limiti ləğv etmək olmaz. Biz bunu görürük. Təsir edir. Əsas millimizdə oynayan futbolçuların çoxu heç öz klublarında meydana çıxmırlar. Mənə elə gəlir ki, limiti aradan qaldırmaqda çox böyük səhv etdik. Əgər millimizi düşünürüksə, yerli futbolçularımız çempionatda mütləq meydanda olmalıdırlar. Limiti ləğv etmək düzgün hal deyildi".

Şahin Diniyev isə Azərbaycan millisinin uğursuz nəticələrini belə şərh edib: "Milli haqda geniş danışmaq olmur. Çünki deyiləcək hər şeyi əvvəllər də söyləmişik. Artıq insan yorulur. Əgər milli 2025-ci il ərzində qələbə qazanmayıbsa, deməli, uğursuzdur. Bu il cəmi 2 heç-heçəmiz var. 10 oyundan 8-də uduzmuşuqsa, nə demək olar? Bu, böyük problemlərin olduğunu göstərir. Seçmə mərhələdəki matçlarımızdan cəmi 1 xal toplamaq əlbəttə ki, yaxşı nəticə deyil".
O, sonda legioner limitinin ləğvinin yığmamızda ciddi fəsadlar törətdiyin bildirib: "Milli ümid də vermir. Yəni, böyük gözləntilərimiz yoxdur. Milliyə çağırılan futbolçuların oyun praktikasının az olması özünü göstərir. Legioner limiti cəmi 3 aydır ki, aradan qalxıb. Amma artıq mənfi təsirləri görürük. 1 ay yarım əvvəl futbolçuların performansı daha yaxşı idisə, indi pisdir. Bu da futbolçuların günahı deyil. Onlar öz klublarında oynamırlar. Avtomatik olaraq oynamayan futbolçunun millidə böyük rəqiblərə qarşı həm taktiki, həm texniki baxımdan yaxşı oyun sərgiləməsi çox çətindir. Millimizə gələcəkdə uğurlar arzulayıram. Amma təəssüf ki, limitin aradan qaldırılması yaxşı hadisələr vəd etmir. Gələcəyə ümidlə baxa bilmirik".
Nur Zeynalova
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord