UEFA-nın rəsmi saytı Çempionlar Liqasının 5-ci turunun "Napoli" - "Qarabağ" oyunu ilə bağlı yazı hazırlayıb. Bu matç noyabrın 25-də Neapol şəhərində keçiriləcək.
QOL.az həmin yazını təqdim edir.
***
“Napoli” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin beşinci turunda “Qarabağ”ı qəbul edir və qələbə qazanacağı halda Azərbaycan çempionu ilə xallarını bərabərləşdirəcək.
Əvvəlki qarşılaşmalar
“Napoli” Azərbaycan təmsilçisi ilə ilk dəfə qarşılaşır. “Qarabağ” isə bundan əvvəl İtaliya klubları ilə keçirdiyi altı oyunun heç birində qalib gəlməyib (1 heç-heçə, 5 məğlubiyyət) və səfərdə oynadığı üç görüşün hər birində uduzub.
“Atlar” son dəfə A Seriyası təmsilçisi ilə əvvəlki (və indiki mövsümə qədər yeganə) Çempionlar Liqası mövsümündə qarşılaşıb. ÇL-2017/18-in qrup mərhələsində azərbaycanlılar “Roma”ya evdə 1:2, səfərdə isə 0:1 hesabı ilə uduzublar.
“Napoli”
Bu, “Napoli”nin Çempionlar Liqasının əsas mərhələsində 9-cu çıxışıdır. Komandanın ən yaxşı nəticəsi 2022/23 mövsümündə qeydə alınıb – o zaman klub 1/4 finala yüksəlmişdi. Ötən mövsüm neapollular 2009/10 mövsümündən sonra ilk dəfə avrokuboklardan kənarda qalmışdılar.
“Qarabağ”
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə ikinci dəfə yüksəlib. Komanda ilk dəfə ÇL-2017/18 mövsümündə qrup mərhələsində çıxış etmiş və “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupda sonuncu yeri tutmuşdu. Ağdam təmsilçisi həmin mövsüm iki xalını məhz “Atletiko”ya qarşı matçlarda qazanmışdı.
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində iştirak etmiş yeganə Azərbaycan komandasıdır.
Bu, klubun avrokuboklarda ardıcıl 12-ci ümumi/qrup mərhələsidir. Ötən mövsüm UEFA Avropa Liqasının ümumi mərhələsində azərbaycanlılar 8 oyunun 7-də məğlub olmuş (1 qələbə) və 36 komanda arasında sonuncu yeri tutmuşdu.
Əsas statistik göstəricilər
“Napoli” 4-cü turda “Ayntraxt”la 0:0 oynayıb və son 19 ev Çempionlar Liqası oyunundan yalnız birində məğlub olub (11 qələbə, 7 heç-heçə). Bununla belə, 2024/25 mövsümünün İtaliya çempionu turnirin əsas mərhələsində keçirdiyi son 6 oyunun yalnız birini qazanıb (2 heç-heçə, 3 məğlubiyyət). Bu mövsüm 4 turdan sonra italiyalıların aktivində 4 xal var.
“Napoli” Çempionlar Liqasında heç vaxt ardıcıl iki oyunda qol vurmayaraq qalmayıb. Komanda əsas mərhələdə keçirdiyi 32 ev matçının 30-da rəqib qapısına yol tapıb.
“Qarabağ” bu mövsüm keçirdiyi 10 avrokubok oyunundan yalnız 2-də uduzub (7 qələbə, 1 heç-heçə). 4-cü turda Qurban Qurbanovun komandası evdə “Çelsi” ilə 2:2 oynayıb. “Atlar” cari avrokubok mövsümündə evdə keçirdiyi beş oyunundan üçünü qazanıb (1 heç-heçə, 1 məğlubiyyət).
“Qarabağ” ümumi mərhələnin startında səfərdə “Benfika” üzərində 3:2, evdə isə “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanıb — bunlar klub tarixində əsas mərhələdə əldə olunan ilk qələbələrdir.
“Atlar” Çempionlar Liqasındakı son 7 oyununda 18 qol vurub.
Kaboverdeli vinger Leandro Andrade “Qarabağ”ın son 6 avrokubok oyunundan 5-də qol vurub.
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"