"Santos"un hücumçusu Neymar Braziliya A Seriyasının 34-cü turunda "Mirasol"la matçda qol vurub.
QOL.az xəbər verir ki, onun komandası ev oyununda 1:1 hesablı heç-heçə edib.
Bu, Neymarın Braziliya çempionatının üç ay yarımdan sonra ilk qolu olub. O, sonuncu dəfə 18-ci turda "Yuventude"yə qarşı 3:1 hesablı qələbə qazandıqları oyunda qol vurmuşdu.
Neymar sentyabrın ortalarında bud əzələsindən zədə alıb və liqanın 7 oyununu buraxıb.
"Mirasol"la oyunda vurduğu qoldan əlavə, Neymar 2-ci hissənin əvvəlində öz cərimə meydançasında qayda pozuntusu edib və bu, rəqibin penaltidən bərabərlik qolunu vurmasına səbəb olub.
Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir və 2025-ci ilin yanvarında komandaya qayıdıb. 33 yaşlı futbolçu "Santos"a qayıtdıqdan sonra 27 oyunda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
İkardi "İnter"ə qayıdır?
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı