“Avro-2012”nin Ukrayna və İngiltərə milliləri arasındakı dünənki oyunun 62-ci dəqiqəsindəki epizoddan sonra yəqin çoxları azərbaycanlı hakim Tofiq Bəhramovu bir daha yada saldı. Bəli, həmin epizodda, Ukraynanın tər-təmiz qolunu qeydə almayan hakimlərin yerinə bir rəhmətlik Bəhramov olsaydı, onda bu gün Ukrayna qrupda qalardımı?
Yox, mən bu fikirləri Tofiq Bəhramov azərbaycanlı olduğu üçün yazmıram. Heç ona görə də yazmıram ki, Azərbaycanın bəzi hakimləri bu səhvləri görüb “Bizim hakimlər avropalı hakimlərdən geri qalmır” kimi absurd fikirlər səsləndirsinlər. Axı, mən o hakimin, FİFA referisi adını daşıyan, daha konkret deyim, sabah dünya və Avropa çempionatının oyunların idarə etməyə iddialı olan azərbaycanlı hakimin peşəkarlığına necə inana bilərəm ki, üzürlü bir səbəb olmadan “Avro-2012”nin bir turundakı səkkiz oyundan uzaqbaşı bir-ikisini izləyir? Avropa çempionatına baxmaq, oradakı hakimlərdən nəsə oyrənmək sənin xobbin yox, işin, vəzifən olmalıdır, cənab FİFA referisi!
Nə isə mövzudan çox uzaqlaşmayım. Deməli, dünən bütün dünya macar hakimlərinin Ukraynanın başına hansı oyunu gətirdiyinin şahidi oldu. Amma belə olmazdı! Vallah, olmazdı! Bütün gücünü, ruhunu ortaya qoyan, kişi kimi oynayan komandanın, millidən gerçək bir əfsanə, əsl qəhrəman kimi gedən Şevçenkonun, onun arxasında dayanan milyonlarla azarkeşin və nəhayət, adamı sehrli bir qüvvə kimi özünə cəlb edən, televiziyada gördüyümüz o gözəllərin ümidini bu cür qırmaz olmazdı!
Ukrayna futbolunun başqa bir əfsanəsi Oleq Bloxin bu hakimlərə üsyan etməyib də neyləsin: “Bütün dünyanın gördüyünü beş hakim görə bilmirsə, onda onlar nəyə lazımdır?”
Bəli, müsyö Platini, axı, nəyə lazımdır? UEFA-nın, onun rəhbərinin bir damcı da vicdanı varsa, həmin hakimləri günü bu gün, dərhal Avropa çempionatından uzaqlaşdırıb ölkəsinə, Macarıstana göndərməlidir. Çünki futbolun gözəlliyinə belə kütbeyin hakimlərə görə ləkə salınmamalıdır.
Hamı deyir ki, İngiltərə və Fransa kimi nəhənglərin yer aldığı qrupdan Ukraynanın növbəti mərhələyə keçmək şansı az idi. Doğrudur. Hələ üstəlik əlavə də edə bilərəm ki, ukraynalı futbolçuların böyük əksəriyyətinin beynəlxalq oyun təcrübəsi də həmin komandalarla müqayisədə aşağı idi. Amma təcrübən az olanda, qarşında iki nəhəng dayananda, sənin halal haqqın əlindən alınmalıdır?
Mən İngiltərə millisinin qazandığı qələbəyə, bu cempionatda sərgilədiyi oyuna heç bir kölgə salmaq istəmirəm. Onlar buna layiq deyillər! Həm də zaman olub ki, dünən Ukraynanın başına gələnlərlə elə həmin ingilislər də üzləşiblər. Yadınıza gəlir, 2010-cu ilin dünya çempionatı? Lempard topu almanların qapısına vurur, top qapı xəttini keçir, hakim isə dünənki kimi susur. Nəticə necə olur? İngilislərin ümidi qırılır, yekunda hesab 4:1 almanların xeyrinə olur. Və sonra ingilis qəzetəçi arkadaşlar başlayır bar-bar bağırmağa ki, bizim təmiz qolumuzu qeydə almadılar. Haqlı olaraq da bağırır. Bəs, indi hara qeyb oldu bütün dünyaya ədalətdən, demokratiyadan dərs keçən həmin o “ədalət carçıları”? Niyə Britaniya mətbuatı dünənki biabırçılıqdan bir cümlə belə yazmır? Məgər, haqq-ədalət təkcə ingilis və ya bir başqa qərbli üçündürmü?
Viktor Kassai, Gabor Erös, György Ring və adı artıq mənim üçün maraqlı olmayan, qapının kənarında dayanıb matça nəzarət etmək əvəzinə, qonşumuz Əhməd dayı kimi sadəcə oyun izləyən digər macar hakimlərin də sayəsində Ukrayna “Avro-2012”ylə erkən vidalaşdı. Amma qürürla, layəqətlə vidalaşdı.
Çünki bu, Ukrayna komandası idi.
18 yaşında nəhəng “Barselona”nı təkbaşına diz çokdürən Şevçenko 35 yaşında, futbolçu karyerasının qürub çağında, bəlkə də özündən və Bloxindən başqa heç kimin inanmadığı halda bir oyunda olsa da, komandası üçün yenə xilaskar rolunu oynadı.
Şeva millidən məhz belə, əsl kişi və əsl peşəkar kimi getməliydi.
Getdi də.
Ukrayna komandası “Avro-2012”dən hamının söyüşünü yox, alqışını qazanmaqla getməliydi.
Getdi də.
Çünki bu çempionatda Şevçenkonun və Ukrayna komandasının yanında olan, ona dəstək verənlər var idi. Yox, o dəstək, o mənəvi güc təkcə məndən, sizdən, stadionu ağzınadək dolduran, televiziyanın qarşısında oturan milyonlarla azarkeşdən gəlmirdi.
Ən böyük, sehrli, ilahi güc hər gün, hər saat Ukrayna komandasının, o stadionun başının üzərində hərlənirdi.
Bu, BÖYÜK Lobanovskinin, müasir Ukrayna futbolunun memarı Valeri Lobanovskinin ruhu idi.
Aydın BAĞIROV
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
Çempionlar Liqasında daha 6 oyun
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı