Sovet hökuməti vaxtı bütün sahələr üzrə, xüsusilə də pambıq yığımında bir Sosialist öhdəliyi vardı, təkcə futboldan başqa. Yəni neftçilər öhdəlik götürürdü, amma «Neftçi» komandası yox.
Pambıq yığımında da ən böyük öhdəlik Bərdə rayonunda idi. Plan 100 min ton, sosialist öhdəliyi 120 min ton.
Rüstəm Səfərəliyev Bərdənin katibi olarkən bu öhdəliyi yerinə yetirmişdi, dövlətə 120 min ton pambıq vermişdi. İclasda Rüstəm dayıya söz atmışdılar ki, «pripiska» eləmisən. O da hirslənib demişdi:
- Yaxşı, deyək ki, bunun iyirmi min tonunu pripiska eləmişəm, yüz min ton ki vermişəm.
İndi «Qarabağ»dan elə danışırlar ki, elə bil Sosialist öhdəliyi götürüb ki, Avropa çempionu olacaq! «Qarabağ» belə bir öhdəlik götürməyib. Əsas öhdəliyi yerinə yetirib – Çempionlar liqasına düşüb və Avropanın iki məşhur klubunu da məğlub edib. Amma biz buna sevinmirik, bunu görmürük.
Klub son oyunda «Atletik Bilbao»ya uduzdu. Dostlar, «Atletik Bilbao»yla oynayırdı ey, «Səbail» komandasıyla yox.
Bu futboldu, udmaq da var, uduzmaq da. «Qarabağ» da nəinki gücü çatan qədər, gücündən də artıq oynadı. Belə demək mümkünsə, başından hündürə hoppandı.
Hələ qarşıda beş oyun var. İnşallah, «Qarabağ» «Qarabağ» olduğunu sübut edəcək. Uzun illərdi həm Avropada, həm də dünyada «Qarabağ»ı tanıdan Qurban Qurbanov hələ son sözünü deməyib.
Komanda uduzanda yanında olmaq lazımdı ey, udanda nənəm də komandanın yanında olur.
Başını dik tut, Xocam! Başını dik tut «Qarabağ»! Biz səninləyik! Qələbən də bizimdir, məğlubiyyətin də. Sosial şəbəkələrdə yazılanlara da fikir verməyin.
Amma, maşallah, ölkəmizdə nə qədər futbol bilicisi, ağzıgöyçəklər varmış.
Aqil Abbas
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici