"Rəqibi təbrik edirəm. İlk qələbələrini qazandılar. Azarkeşlər üçün çox baxımlı oyun alındı. Əlbəttə, istərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Sona qədər mübarizə apardıq. Futbolçularım bunu bacardılar. Bu gün oyundan əvvəl söylədiklərimizin şahidi olduq. Rəqib çox yüksək sürətli komanda idi. Futbolçularım üçün heç də asan deyildi. Amma rəqib qarşısında möhkəm dayandılar".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"lə matçdan (1:3) sonra təşkil edilən mətbuat konfransında deyib.
Mütəxəssis jurnalistlərin suallarını cavablandırmazdan əvvəl oyun haqqında ümumi fikirlərini bölüşüb:
- 1:2-dən sonra daha çox riskə getdik, boşluqlar yarandı. Nəticədə də standart vəziyyətdən 3-cü qolu gördük. Get-gedə daha güclü rəqiblər gəlir, məsuliyyət artır. Çünki istənilən rəqib qalib gəlmək, xallarının sayını çoxaltmaq istəyəcək. Buna hazır olmalıyıq. Yenə də birincisi intizamlı oynamağa, ikincisi isə çəkinmədən, yaxşı mübarizə aparmağa çalışacağıq. Sizlər də sağ olun ki, bu gün yanımızdasınız. Azarkeşlərə də təşəkkür edirəm ki, bizi tək qoymadılar. Biz onların "Qarabağ" şüarlarını eşitdik".
- Bu oyunu "Benfika" ilə matçla necə müqayisə edərdiniz? Orada da təzyiq var idi, burada da. "Atletik"lə matç başqa cür nəticələnə bilərdimi? Nə çatmadı?
- Bəlkə də indi fikrimi tam bildirə bilmərəm. Oyuna baxdıqdan sonra öz düşüncələrimi daha yaxşı açıqlaya bilərəm. Lakin hər bir halda "Atletik" 90 dəqiqə ərzində dinamikanı qorudu, təzyiq göstərə bildi. Həm toplu, həm topsuz. Digər tərəfdən hansısa komandanı digərindən fərqləndirmək istəmirəm. Bu daha güclü idi, o biri daha zəif idi - belə bir fikir yoxdur. "Benfika" ilə matçdakı geridönüş burada da ola bilərdi. Çünki 2-ci hissəyə çox yaxşı başladıq. Həm penalti epizodumuz, həm yaxşı hücumlarımız oldu. Sadəcə bir az dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən bir az yuxarı idi. Ona görə də əllərinə düşən fürsətlərdən istifadə edə bildilər. Bəlkə də "Atletik"lə oyunda futbolçularımız daha çox güc sərf etdilər. Daha çox təzyiq var idi.
- Hansı anı oyunun qırılma anı kimi qiymətləndirərdiniz?
- Hesab 1:1 olarkən 2-ci qolu buraxanda istər-istəməz futbolçularda inam bir az itir. Buna baxmayaraq, geri çəkilmədik, əksinə, daha çox hücumda oynamaq istədik. Məğlubiyyətin səbəbini özümüzdə axtarıram. Çünki bəzi epizodlarda daha soyuqqanlı olmaq lazım idi. Rəqib üçün bu, daha rahat idi. Çünki onlar il ərzndə belə təzyiqdə, dinamikada oynayırlar. Bizdə isə böz çempionat matçlarımızı nəzərə alsaq, belə oyunlara hazırlıq bir o qədər də yüksək səviyyədə keçmir. Penalti epizodu da qırılma anı ola bilərdi. Bəziləri var idi dedilər, bəziləri yox idi. Düzdür, mən özüm dəqiq görməmişəm. Deməli, bu gün məğlubiyyətə daha çox layiq idik.
- Bu il komandaya həddindən artıq diqqət var. Növbəti rəqiblər, işiniz çətinləşir. Qələbələrinizdən sonra rəqiblər sizə qarşı ikiqat yox, üçqat, dördqat çox hazırlaşırlar. Belə halda uğurlu çıxışı davam etdirmək, futbolçuları psixoloji baxımdan hazır saxlamaq nə qədər çətindir?
- Əfsuslar olsun ki, futbolçuların idman formasını belə sürətli oyunlarla və ya yaxşı məşqlərlə yüksəldirsən. Amma oyun qrafiki sıx olanda, nə futbolçunun məşq etmək üçün vaxtı yaranır, nə də istirahət etmək üçün. Bu, təkcə bizdə deyil, hazırda bütün dünya futbolunda belədir. Çünki hər 3-4 gündən bir oynayırsan. Bizim üçün heç də asan olmur. Biz bunu dünya futbolunda görürük. Bəzən azarkeş daha sürətli, baxımlı futbol izləmək istəyir. Bir çox komandalarda zədəli oyunçular artır. Bu, sıx qrafiklə əlaqədardır. Yenə də biz neçə illərdir ki, təcrübə yaşayırıq. Çalışırıq ki, hansısa detallarla futbolçuları ələ alaq, idman formalarını yaxşılaşdıraq. Görünən odur ki, biz ancaq belə oyunlarla öz sürətimizi, mübarizəni saxlaya bilərik. Çünki Bakıdakı oyunlarımızda bu cür azarkeş təzyiqi, sürət yoxdur. Çox azdır. Bəzi tapşırıqlarımızla, motivasiya verməklə, Bakıda isə azarkeş dəstəyi ilə sürəti qorumağa çalışırıq. Amma asan deyil.
- Strateji baxımdan "Atletik"ə uduzmadıq, amma oyunda məğlub olduq. Sizcə səbəb nədir?
- Rəqibin futbolçularının ustalığı bizi üstələyirdi. Bəlkə də bizim istəyimiz daha çox idi. Daha çox əziyyət çəkdik, qələbə qazanmaq istəyirdik. Çünki son vaxtlar həm öz ölkəmizdə, həm Avropada bizə diqqət çox idi. Ən azından yaxşı mübarizə aparmaq istəyirdik. Bunu bacardıq. Amma dediyim kimi, "Atletik" ən sürətli hücumlar edən komandalardan biridir. Biz 90 dəqiqə ərzində bunu hiss etdik. Futbol səhvlər üzərində qurulub. Kiçik detallar məğlubiyyətə gətirib çıxarır. Buna da bizi rəqib məcbur edir. Rəqibə də dəyər vermək lazımdır. Bəlkə də bu gün qələbə onların haqqı idi. Onlar da çox istəkli idilər. Hər bir halda bunlar böyük oyunlardır. Kiçik səhvlər məğlubiyyətə yol açır.
- Elvin Cəfərquliyev və Nəriman Axundzadə sanki oyuna köklənə bilmirdilər. Sosial şəbəkələrdə də onlar haqqında fikirlər bildirilib...
- Məğlub olanda bəzən həm məsləhətlər çox olur, həm fikirlər. Oyun da daha çox analiz edilir. Bu, normaldır. İlllərdir ki, görürük. Biz öz yerli futbolçularımızı böyütmək, onlara güvənmək istəyirik. Bu gün Elvin, Nəriman, Bəhlul, Toralla rəqibə təzyiq yarada biliriksə, sevinməliyik. İkincisi isə onlara inanmalı, güvənməliyik. Bir futbolçuya il ərzində təzyiq varsa və o, meydana çıxıb özünü 90 dəqiqə normal idarə edə bilirsə, çox böyük iş görür. Ümumiyyətlə, son vaxtlar Nərimana o qədər təzyiq göstərilib ki... İnsanın 21 yaşı var. Mən bir məşqçi olaraq onun yanında durmalıyam. Nərimanın potensialını daha da açmağa çalışmalıyıq. Zədələndiyi vaxta qədər olan müddətə baxsaq, bəlkə də Nəriman bizim qruplara düşməyimizdə ən böyük pay sahiblərindəndir. Həm qollar vurub, həm qol ötürmələri verib, mənim tapşırıqlarımı yerinə yetirib, rəqibə pressinq edib. Amma azarkeşlərə də haqq qazandırmaq lazımdır. Onlar daha yaxşısını gözləyirlər. İlk olaraq məndən, daha sonra kollektivdən. Amma bizim bugünkü uğurlarımız o uşaqların ürəklərini meydana qoyması ilə qazanılan nəticələrdir.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır