Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Tariximiz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Formula 1-də münaqişə: "Razborka"ya çağırdı - Video

Yazarlar
 Getdi...
Aydın BAĞIROV
 Rauf Əliyevin son şansı...
Anar Şabanoğlu
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Azərbaycan - Şimali İrlandiya - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Konfederasiyalar kubokunda yarımfinalçılar müəyyənləşdi
FİFA Rusiya millisi barədə araşdırmaya başladı – futbolda belə şey olmamışdı
Anton "Qarabağ"a niyə keçib? - əvəzedici olmaq istəməyib
“Şehiç “Qarabağ”dan getməli idi” – Şaranov
Linklər
525ci Qəzet

Bizim futbolda təlxəkləri kim yetişdirir?
A A A

[06.02.2014]
Bizim futbolda təlxəkləri kim yetişdirir?

AFFA İcraiyyə Komitəsinin son iclasında belə bir qərar verilib ki, Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunmalı və onun məvacibi bu qurumun hesabına ödənilməlidir. Qərara uyğun olaraq da, Daryl Willard (İngiltərə) AZAL, Frank Bernhardt isə (Almaniya) "Sumqayıt"da AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində işə başlayıb.

AFFA-nın saytı bu qərarı rəsmən açıqlayandan sonra bizdə ənənəvi hay-küy yenə baş qaldırdı: özümüzünkülər qalıb bir kənarda, federasiya klublara da xariciləri doldurur. Çox uzatmadan və kinayəsiz-filan deyim: AFFA düz edir! Ona görə düz edir ki, ta SSRİ dönəmindən bugünkü dövrümüzə qədər bizim uşaq məşqçilərinin əksəriyyətinin futbol savadı, dünyagörüşü, keçdiyi hazırlıq prosesi sıfır səviyyəsində olub. Onlar oyunçuları bir futbolçu kimi bədbəxt günə qoyublar, düşüncələrinə mənəvi terror ediblər. Azərbaycan futbolçusu niyə futbol oynamaqdan daha çox inomarka almaq həvəsiylə alışıb-yanır, niyə fikri-zikri futboldan çox pulda-parada qalır? Çünki ona guya dərs keçən bığıburma futbol müəllimi yetirməsini bu düşüncələrlə böyüdüb. “Bir az yekəl, yaxşı oyna və yaxşı pul qazan”. Tipik bazar təfəkkürü, alverçi düşüncəsi.

Amma axı, söhbət təkcə futbolçunun bu çürük düşüncəylə böyüməsində deyil. Bilirsiniz ki,  Azərbaycanda neçə-neçə istedadlı, qabiliyyətli yeniyetmə olsa da, həmin uşaqlardakı bu keyfiyyətləri üzə çıxarmağa bizim məşqçilərin elə bil canları çıxır. Olmuş söhbətdir, bu yaxınlarda, futbolla yatıb-qalxan iki istedadlı uşaq bizim üzdə olan klublardan birinin futbol məktəbinə gedib. Hazırlıq zamanı onlardan biri səhv ötürmə verib. Bu zaman məşqçi görün nə deyib: səndən futbolçu olmayacaq, bir də bura gəlmə. Bir adi ötürməyə görə! Bir adi ötürməyə! Və bunu 10 yaşlı uşağa deyib, təsəvvür edirsiniz, 10 yaşlı uşağa, futbol məktəbinə ilk dəfə addım atan uşağa. Özü də çığıraraq, bağıraraq, ifadəmə görə bağışlayın, ən axırda da lap böyürərək deyib. Və o məşqçi bu gün heç də AFFA-nın klublara təyin etdiyi əcnəbi deyil, özünü ya tanışlıq, ya da qohumluqla kluba dürtən azərbaycanlıdır.

10 yaşlı uşağa belə mərhəmət etməyən, ona özünü göstərmək imkanının qarşısını alan ünsürlərlə doludur Azərbaycan futbolu!

Və əmin ola bilərsiniz ki, bizim futbolun rəzil günə düşməsinin səbəbkarı və günahkarı da AFFA-dan daha çox hirsini 10 yaşlı uşaqların üzərinə tökən, onların istedadını, futbola həvəsini beşikdəcə məhv edən o cür məşqçilər olub.

AFFA-nın müvəkkili qismində çıxış etmirəm. Lakin təəssüf ki, acı gerçəklik budur. Bu mənada, bizim klublarda aşağı yaş qrupları üzrə bütün idarəçilik əcnəbi mütəxəssislərə və futbolda gedən proseslərlə peşəkar səviyyədə maraqlanan yerli gənclərə verilməlidir (“Qəbələ” klubunda olduğu kimi). Sovetlərdən qalma məşqçilərin, onların yetirmələrinin bizə bəxş etdiyi oyunçuların böyük əksəriyyəti bu ölkənin idmanı üçün heç nə verməyiblər: futbolda nəticələri sıfır, mənəvi səviyyələri isə sıfırın altında.

Yeri gəlmişkən, elə başa düşməyin ki, AFFA-nın Azərbaycana bu günə qədər gətirdiyi əcnəbi məşqçilərin hamısı gülməşəkərdir. Onların topasına bir quş qoymaq olar. Federasiya uşaq futboluna cavabdeh olan əcnəbiləri göndərməlidir, amma yerlərinə yenə xariciləri gətirməlidir. Çünki bizə dəmir intizam yarada biləcək məşqçilər lazımdır. Onda həm sayılırsan, həm də sevilirsən. Çox uzağa getməyəcəm, hamınız üçün tanınan iki futbol simasının - Arda Turan və onun uşaqkən məşqçisi olmuş, hazırda “Qəbələ” futbol akademiyasında işləyən Halim Fıçıcının üzərində dayanıram.

Ötən il Halim hocanın Madridə gəldiyini bilən Arda dərhal ona baş çəkir, “Atletiko”nun oyununa baxmaq üçün “Visente Kalderon” stadionundakı VİP-lojada ona yer ayırır, ona və “Qəbələ” klubunun nümayəndələrinə yüksək ehtiram göstərir. Verdiyi açıqlamalarda isə Arda Halim Fıçıcının adını minnətdarlıqla xatırlayır.

Türk futbolçusu ona futbol dərsi və tərbiyəsi vermiş insanlara “Hocam” (müəllimim, ustadım) deyə xitab edir. Çünki o məşqçi öz yetirməsini həm futbolçu, həm də adam edib.

Azərbaycan futbolçusu isə... (yenə də mütləq əksəriyyəti) özlərinin uşaq futbol məşqçilərini adam saymır, onları görəndə üzünü çevirir, öz aralarında məsxərəyə qoyur. Bunu görən məşqçi (məşqçilər) isə qəzetlərə müsahibə verib deyir: “Ayıb olsun ona, öz müəllimini yada salmır”.

Bəli, bizim futbolçuya ayıb olsun, nanəcibdilər, üzərlərində əziyyəti olanları tez unudurlar. Amma maraqlıdır: niyə? Niyə Arda və başqa ünlü türk futbolçuları Halim hocanı, digər müəllimlərini xoş hislərlə xatırlayır, bizimkilər isə müəllimlərindən söz düşəndə onları ələ salır?

Səbəb sadədir: türklər (ruslar, ukraynalılar, gürcülər) futbolçu-şəxsiyyət yetişdirib, bizlər isə futbolçu-təlxək.

Aydın BAĞIROV

4602 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
 
 
  27.06.17
01:25
  Meydana inək girdi, oyun dayandı - Video
00:30
  “İnter”lə oyun üçün 23 futbolçu
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  26.06.17
22:36
  "Real"ın futbolçusu "Real Sosyedad"da
22:11
  “Hansısa çətinliyim olacağını düşünmürəm” - Cavid İmamverdiyev
21:02
  "Çelsi" futbolçusunu 20 milyon avroya satdı
20:05
  İbrahimoviç "Atletiko"da oynaya bilər
18:58
  PSJ-dən ona 100 milyon avro
18:21
  Zenyovun yeni klubu müəyyənləşdi
17:45
  De Bur Premyer Liqa klubunda – rəsmi
17:12
  "Differdanj" Bakıya 21 futbolçu ilə gəlir - Siyahı
16:29
  "Neftçi" hazırlığa başladı - Şəkillər
16:04
  Millimizin üzvü üçün erməni baş məşqçi
15:43
  “İnter” – “Mladost” oyunu da canlı yayımlanacaq
15:32
  "Mladost" - "İnter" oyununun hakimləri məlum oldu
14:55
  Ayxan və Fəridə uduzdu
14:46
  Keynə 200 milyon qiymət qoydular
14:31
  "Mançester Yunayted" onu "Çelsi"dən istəyir
13:53
  Günün canlı oyunları - Etopaz-da
13:33
  “Şehiç “Qarabağ”dan getməli idi” – Şaranov
13:25
  Formula 1-də münaqişə: "Razborka"ya çağırdı - Video
13:10
  "Zirə" - "Differdanj" oyunu canlı yayımda
12:25
  "Hər 4 klubumuz ilk mərhələni keçəcək" - Mahmud Qurbanov
11:42
  "Barselona"nın B komandası çempion oldu
11:09
  Mourinyoya ağır itki
10:30
  "Zirə"nin potensial rəqibi uduzdu
10:02
  2021-ci ilə qədər "Real"da
09:44
  "Qarabağ" iki qrupa bölündü - Video
01:50
  “Bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq”
01:24
  “Rayola, dünən, bu gün və sabah” - Donnarumma
01:07
  22 ildən sonra “Yuventus”u tərk etdi
00:39
  Balotelli “Nitsa”da qaldı
00:21
  “Qəbələ” döyüşçüsündən növbəti qələbə
00:00
  Löv üçün əlamətdar qələbə
  25.06.17
22:23
  24:0
21:34
  “Bu, bizim böyük uğurumuzdur” - Azad Rəhimov
21:29
  “Formula 1 - Azərbaycan”ın qalibi müəyyənləşdi
21:19
  Çilidən heç-heçə - Video
20:59
  Almaniyadan qələbə - Video
20:52
  Konfederasiyalar kubokunda yarımfinalçılar müəyyənləşdi
19:26
  "Monako" hücumçusunu satdı - rəsmi
14:33
  Çerçesov istefa verəcəkmi?
13:56
  “Arsenal” “Şalke”nin futbolçusuna “elçi düşüb”
12:51
  “Barselona” ona təklif göndərib
11:35
  FİFA Rusiya millisi barədə araşdırmaya başladı – futbolda belə şey olmamışdı
11:03
  “Formula 1 - Azərbaycan”ın qalibi müəyyənləşir
10:53
  Anton "Qarabağ"a niyə keçib? - əvəzedici olmaq istəməyib
10:42
  “Çelsi” ilə 5 illik müqavilə bağlayır
09:29
  Messidən yubiley şəkli
09:01
  Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
01:45
  "Xetafe" yenidən La Liqada
00:46
  "Qarabağ"ın oyununda 7 qol - Video
00:10
  Rumıniyalı futbolçu rəsmən "Zirə"də
  24.06.17
22:30
  Pepe yarımfinalda oynamayacaq
21:52
  "Qarabağ" uduzdu
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore