AZAL-ın “Airbus”u Bakıdan havaya qalxır və o dəqiqə də hava gəmimizdə bir sükut yaranır. Təbii haldır. Kimdəsə həyəcan, kimdəsə aviafobiya, kimdəsə sadəcə guya qaydalara riayət etmək görüntüsü. Və onda mən fikrə dalıram. “Qarabağ”la bəlkə də elə bu təyyarə ilə Lüksemburqa səfərimizi xatırlayıram.
2019-cu ilin sentyabrını. “Düdelanj”la Avroliqada səfər oyununu. Matçın gedişatında meydanın üzərində bir dron görünür. Drona bağlı isə terrorçu, separatçı yuvanın əski parçası. Sonradan öyrəndiyimizə görə, onu yaxınlıqdakı binalardan birindən ermənilər idarə edir. Qarabağ işğalları altındadı axı. Bir tərəfdən də “Qarabağ” komandasının, bu komandanın hər zaman sevgisini üzərində hiss etdiyi xalqın heysiyyatı ilə oynamağa çalışırlar. Təxribat yaradıb “Qarabağ”ı ruhdan salmağa cəhd edirlər. Bizim futbolçular dronu meydana düşməyə qoymurlar. Sonra da…
Sonra da bu namərd addıma kişiyə xas cavabı “Qarabağ” verir. Səbirlə, hay-küysüz, peşəkarlıqla. Vurduğu 4 qolla.
Və o oyundan bir il sonra isə həmin o drona bükülü “bayraqlar” artıq ayaqlar altında əzilə-əzilə layiq olduğu münasibətə çatır. Bizim, bizim cəngavər əsgərlərimizin ayaqları altında. O əsgərlər, o şəhidlər, o qazilər, şəhid, qazi olmayıb da qeyrətlə döyüşən o qardaşlarımız Qarabağımızın başı üzərində müqəddəs Vətən, Dövlət Bayrağımızı ucaldırlar.
İndi isə, daha doğrusu, artıq 2 ilə yaxındır bu təyyarədəki əsgərlərimiz - yəni futbol meydandakı əsgərlərimiz artıq qalib ölkənin, azad Qarabağın təmsilçisi kimi xaricdəki hər oyuna başı və qəddi dik Vətən oğulları kimi yollanırlar…
Vətən oğulları. Meydanda, cəbhədə. 2 gün əvvəl azad Ağdamda növbəti səfərdə idim. Abdal-Gülablını gəzib oranın dadlı böyürtkənini yedim, dağlardan gələn buz kimi bulaq suyundan içdim, şəhərin mərkəzini - “Qarabağ”ın evi, yurdu “İmarət”i ziyarət etdim, sonra da əfsanəvi komandır Allahverdi Bağırovun məzarını. Təyyarədə mənimlə yanaşı oturan “Qarabağ” tarixinin ən çox qol vuran oyunçusu Müşfiq Hüseynova son səfərim barədə danışıram.
Ağdam barədə bir az dərdləşirik. Ta ki bizdən iki sıra öndə yer alan Qurban Qurbanovun yaxınlaşıb zarafatla atdığı bu replikaya qədər:
- Ağdamlılar bir oturublar?.. (gülür)
Deyir və gedir. Arxa cərgələrdə yer alan futbolçularını yoxlamağa. Onlar isə hoca qayıdandan (“Qarabağ”da Qurban Qurbanovu belə çağırırlar) sonra istirahət etməyə başlayırlar. Kimisə filmə baxır. Əksəriyyəti də yatıb.
Hoca dedim, çoxdandı məni maraqlandıran bu suala cavab axtarıram ki, ilk dəfə Qurban Qurbanova Türkiyə türkcəsindən gələn “hoca” (bizim türkcədə xoca) xitabını kim edib. Bir halda ki, yol gedirik, elə özündən soruşum. Sualım gözlənilməz olur:
- Bilmirəm ki. Yəqin rəhbərlik deyib…
“Qarabağ”ın direktoru, Türkiyə vətəndaşı Emrah Çelikeldən maraqlanıram. Bildirir ki, ola bilər “mən demişəm”. Əslində çox mühüm də deyil. Mühüm olan budur ki, kimin ilk dəfə deməsindən asılı olmayaraq, Qurban Qurbanov bu yüksək titulu halallıqla, əziyyət və ləyaqətlə qazanıb. O, futbolçusuna həm ata əvəzi olub, həm də Müəllim. Və sabah Müəllimin - Hocanın “Qarabağ”ı Budapeştdə “Ferentsvaroş”la qarşılaşacaq. Onda da Azərbaycanın ürəyi, “Qarabağ” və Qurban Qurbanovla olacaq.
İndi, bu dəqiqə təyyarədə Quran oxuyaraq etdiyin duaları Allah qəbul etsin, Qurban Qurbanov!
Aydın Bağırov,
Bakı-Budapeşt reysi
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?