Sərhəddə pasportumu yoxlayan və üzündən daha çox mehribanlıq yağan ortayaşlı polis xanım doğma dilində sual verir. Bir çətinliklə də olsa başa düşürəm ki, səfərimizin məqsədini, bura “Qarabağ”la gəlib-gəlmədiyimi soruşur. Ona elə öz dilində, daha çox məşhur kinolardan yaddaşımın bir küncündə ilişib qalan italyanca cavab verirəm:
- Si, senyora!
Yəni, bəli, xanım.
Cavabımdan məmnun qalır. Üzündəki təbəssüm daha da çoxalır. Və axırda pasportuma ölkəyə daxil olduğuma icazə verən möhürü vurub nəzakətlə deyir:
- Romaya xoş gəldiniz, senyor!
***
Az sonra təyyarə Romaya yola düşəcək
Dünyanın ən qədim şəhərlərdən biri bizi - Bakıdan gələn bir qrup jurnalisti və “Qarabağ”ı isti qarşılayır. Ümumiyyətlə, Avropanın bəzi soyuq xalqları kimi deyil italiyalılar. Elə deyildi kimi də varmış: istiqanlı və dəliqanlıdılar. Hə, oxşarlıqlarımız çoxdu. Məsələn, Bakıda maşını necə yüksək sürətlə, nizamsız sürürlərsə, elə burda, Romada da elə sürürlər. Bizdə insanlar şəhərin mərkəzində, bir çox kafe və restoranda, yaxud da telefonda necə hündürdən danışırlarsa, burda da elə o cürdü... Nəyə görəsə, bizim kimi, elə italiyalılara da elə gəlir ki, qarşındakı və ya telefonun o başındakı insan səni sakit deyil, ancaq qışqıra-qışqıra danışanda eşidə bilər.
- Nə sifariş edəcəksiniz?
Qışqırmağını eşidib az qala yerimizdən dik atılırıq. Amma düzü, təəccüblənmirəm. Çünki yalnız sadə italyanların mentalitetinə qəti bələd olmayan insana ilk baxışda elə gələ bilər ki, kafedə ofisiant səndən nə yeyib-içəcəyini soruşmur, səni sadəcə davaya çağırır. Əslində isə məsələ başqa cürdü. Emosionallıq bu millətin qanına hopub.
Təsadüfi də deyil. Tarixən nə boyda müharibələr, möhtəşəm Kolizeyi az qala qan gölünə bulayan neçə-neçə qladiator döyüşləri görüb bu şəhər. Və sabah bu şəhər həmin Kolizeydən çox da uzaqda olmayan nəhəng Olimpiya Stadionunda növbəti dəfə qladiator döyüşünə şahid olacaq. Futbolun qladiatorlarının - İtaliyanın “Roma”sı ilə Azərbaycanın “Qarabağ”ının..
***
Nəhəng “Aiurbus 340”ın üzərindəki “Qarabağ” sözləri yenidən diqqətimi çəkir.
AZAL-ın Ağdam komandasını Bakıdan Romaya gətirən təyyarəsinin adıdı. Deyəsən, ən böyük hava gəmilərimizdən biridi. “Qarabağ” üçün düşərli təyyarədi. “Atletiko”nu Bakıya bu təyyarə gətirmişdi, Bakıdan qələbəsiz qayıtdı, “Qarabağ”ı isə Madridə məhz bu təyyarə aparmışdı, ordan xalla qayıtdı...
Sabah Bakıya necə qayıdacağımızı - xalla ya xalsız – oyundan sonra biləcəyik.
Hələliksə istiqanlı və dəliqanlı Romaya xoş gəlmisən, “Qarabağ”!
Aydın BAĞIROV
Roma
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt