AFFA Berti Foqtsa 6 il ərzində milyonlarla pul xərclədi.
Futbolumuza nə faydası dəydi Bertinin də, onun özüylə gətirdiyi yararsız alman məşqçilərin də?
Azərbaycana yaxından-uzaqdan aidiyyatı olmayan neçə-neçə milliləşdirilmiş legionerlər cəlb olundu əsas komandamıza. Axırı nə oldu? Bəziləri heç yararsız futbolçu da yox, futbol oynayan dövrdə belə gününü, saatını butulka arxasında keçirən əyyaş çıxdı...
***
Nə qədər stadionlar tikildi, təmir olundu... Yüksək səviyyəli adı ilə.
“Qarabağ” isə Avroliqada vacib oyun keçirmək üçün son anda birini güc-bəla ilə tapdı... Gedib çıxdılar az qala dünyanın axırına. Mərkəzdə 70 minlik stadionumuz ola-ola.
Görəsən, zamanında səs-küy qalxmasaydı, Bakı Olimpiya Stadionunun yadına düşəcəkdi qazonu tez-tələsik normal vəziyyətə gətirmək?
Amma Olimpiya Stadionu deyir, yox, bizdə hər şey yaxşı idi.
Yaxşıdısa, yaxşı idisə, Qurban Qurbanov, ondan daha əvvəl isə Roman Qriqorçuk nə üçün bəyənməmişdi stadionun qazonunu?
Sizə yaxşı gələn, onlara – futbolun əsl mütəxəssislərinə niyə pis gəlir? (ötən yazımda bilməyərəkdən Olimpiya stadionunun qazonunun yaxşı vəziyyətdə olduğunu qeyd etmişdim, yanlış məlumatım olub, qüsura baxmayın).
***
Futbolun inkişafına sərf olunur deyə son 11 ildə dövlətin büdcəsindən yüz milyonlarla pul xərclənib...
Nəticə? Bu 11 ilin dırnaqarası “zəhmət”i növbəti dəfə cəmi bir neçə gün əvvəl U-21-lərin Azərbaycan – Farer adaları oyununun sonunda tabloda əks olunmuşdu...
Üz olsa, utanmaq lazımdı 1:1-lik nəticəyə...
Amma dediyim kimi, üz olsa...
***
Klubları yönlüdü guya? Topası milyardlarla pul xərclədi. Dövlətin, sahibkarın nə qədər pulu getdi yararsız futbolçulara...
Danışdıq, gileyləndik ki, kaş doğru xərclənəydi bu pullar, bir azərbaycanlı futbolçumuz yetişəydi...
***
Var elə futbolçumuz.
Biz yetişdirməsək də, var: Ramil Şeydayev.
“Trabzonspor”da 4 ildə alacağı 1 milyon 600 min avronun AFFA-nın, başqa sözlə, SOCAR-ın, dövlətin ödəyəcəyi haqda məlumat yayılıb.
Rəsmi bir təsdiq də yoxdu ordada. Amma olsun...
Ramili “Trabzonspor”a AFFA göndərib. Necə, hansı yolla… Bir əhəmiyyəti var ki? Türkiyə superliqasında oynayacaq. İstedadını orda da göstərəcək. Daha da inkişaf edib, millimizin “qol silah”ı olacaq. Şübhə etməyək buna.
Qoy, pulunu da AFFA versin…
Bizə gəlmiş əcnəbi “futbol şikəstləri”nə 100 milyonlar xərcləmək olar, özümüzünkünə 1 milyondan bir qədər artıq yox?
Foqtsa, fövqəladə durumda heç nəyə yaramayan stadionlara, lazımsız futbol layihələrinə milyonlar xərcləmişiksə, bir istedadımıza niyə sərmayə qoymayaq?
Bir də axı, islanmışın yağışdan nə qorxusu?!
Aydın BAĞIROV
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı