Bu gün I Liqanın 9-cu turu çərçivəsində“ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” (0:2) oyunundan sonra “Səbail” PFK-nın İdarə Heyətinin iclası keçirilib.
QOL.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İdarə Heyəti məşqçi heyətinə göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, “Səbail” 1-ci liqada 9 oyundan 18 xalla 2-ci yeri tutur. Komanda lider “Şəfa”dan 5 xal geri qalır.
"İmişli"dən "Şəfa"ya
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı