UEFA Çempionlar Liqasının 5-ci turunun “Napoli” ilə matçı üçün bu həftə Neapolda olmuş “Qarabağ” futbolçuları yerli medianın diqqət mərkəzində olub. Onlardan biri isə hətta paparizzinin obyektinə düşüb.
QOL.az-ın xəbərinə görə, “Calsio Napoli 24”ün reportyoru Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviçi qarabaqara izləyib. Bununla bağlı video sosial mediada yayılıb.
Xəbərdə qeyd edilib ki, vaxtilə İtaliyada “Kroton” və “Spal”da çıxış etmiş “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “Maradona” stadionunun təhlükəsizlik zonasından adi bir insan kimi piyada çıxıb, bir fokaçça və qazlı içki almaq üçün bara tərəf gedib (Fokaçça İtaliyaya məxsus, çörəyə bənzər, içi yumşaq, üstü azca yağlı və duzlu olan bir yastı çörək növüdür. Bir növ italyan bulkası/çörəyi kimi təsəvvür etmək olar).
“O, bunu çox düşünmədən, yanındakı Golemiç ilə (“Kroton”un başqa bir keçmiş xorvat futbolçusu) birlikdə yemək və içmək üçün edir. Adətən Çempionlar Liqasında oynayan əsas heyət futbolçusu üçün bu, olduqca qeyri-adi bir vəziyyətdir” - deyə yazıda bildirilir.
Xatırladaq ki, “Napoli” - “Qarabağ” oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yankoviç həmin matçda 90 dəqiqə meydanda olub.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır