Dünən keçirilmiş 2 oyundan sonra futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə aparacaq 16 komanda müəyyənləşib.
QOL.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar.
Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərini püşkü atılacaq. 1/8 final mərhələsinin oyunlar isə noyabrın 24-də və dekabrın 5-də, 1/4 finalın matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaq.
Bundan sonra “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək.
Qeyd edək ki, 7-ci qrupun qalibi olaraq ilk dəfə keçirilən 1/8 finala vəsiqə qazanan “Araz-Naxçıvan” ilk oyununu Bakıda keçirəcək.
A yolu, qrup qalibləri
"Kartagena Kosta Kalida" (İspaniya)
"İlles Balears Palma" (İspaniya, ÇL son qalibi)
"Benfika" (Portuqaliya)
"Sportinq" (Portuqaliya)
A yolu, qrup ikinciləri
"Piast Qlivise" (Polşa)
"Etoile Lavalloise" (Fransa)
"Riqa" (Latviya)
"Kayrat Almatı" (Qazaxıstan)
A yolu, qrup üçüncüləri
"Sportinq Anderlext" (Belçika)
"Semey" (Qazaxıstan)
"Luxol St. Andreus" (Malta)
"Priştina 01" (Kosovo)
B yolu, qrup qalibləri
AEK (Yunanıstan)
"Hjörrinq" (Danimarka)
"Araz-Naxçıvan" (Azərbaycan)
"Hit Kiyev" (Ukrayna)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı